2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Tramp FBI direktorunu vəzifədən azad etdi

Səbəb olaraq Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Kominin büronu effektiv idarə edə bilməməsi göstərilir
Prezident Donald Tramp Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru Ceyms Komini vəzifəsindən azad edib. Səbəb olaraq, Kominin büronu effektiv idarə edə bilməməsi göstərilir.

Çərşənbə axşamı Trampın Ağ Ev tərəfindən yayılan məktubunda deyilir ki, “çox vacibdir ki, vətəndaşların FBI-a inamı və əminliyi bərpa edə biləcək yeni rəhbərlik təyin edilsin.”

Saytların yığılması Saytlarin yigilmasi

Ağ Evdən verilən məlumata görə yeni direktor axtarışı dərhal başlayacaq. FBI direktorları 10 illik müddətə təyin edilirlər. 56 yaşlı Komi bu vəzifəyə 4 il öncə təyin edilmişdi.

Komi keçən ilki ABŞ prezidenti seçkilərində əhəmiyyətli rol oynamış şəxslərdən biri hesab olunur.

Sabiq prezidentliyə namizəd Hillari Klinton Kominin seçkilərin nəticələrinə təsir etməkdə ittiham edib. Keçmiş dövlət katibinin sözlərinə görə, büronun onun yazışmalarını seçkilərə iki həftə qalmış yenidən araşdımağa başlamasının seçicilərə təsiri olub.

Seçkilərə iki gün qalmış isə Komi Klintonun rəsmi yazışmalarında səhlənkarlığa yol verməsi ilə bağlı şübhələrin təsdiqini tapmadığını bildirmişdi.

Amerikaninsesi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button