2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Tramp: “Haqqımda araşdırma aparılmır”

ABŞ prezidenti Donald Trump təkid edib ki, Federal Təhqiqatlar Bürosu (FTB) onun barəsində araşdırma aparmır. O, həmçinin çərşənbə günü işdən azad etdiyi FTB direktoru James Comey-i “özünüreklam edən” və “ədabaz” adlandırıb.

Cənab Trump NBC News-a müsahibəsində onu da deyib ki, cənab Comey-i işdən çıxarmaq yalnız onun qərarı olub.

Saytların yığılması Saytlarin yigilmasi

Cənab Comey Trump kampaniyası rəsmilərinin Rusiya ilə əlaqələri və Moskvanın ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı iddiaları araşdırırdı.

Donald Trump FTB direktorunu vəzifəsindən azad etdikdən sonra cümə axşamı verdiyi ilk müsahibəsində deyib ki, o cənab Comey-dən istintaq nəzarəti altında olub-olmadığını soruşub.

“Dedim ki, mümkündürsə deyin, “mənim barəmdə araşdırma aparılırmı?” O dedi ki, “Yox, sizin barənizdə araşdırma aparılmır”, cənab Trump deyib.

Prezident, həmçinin Comey-i ədliyyə rəsmilərinin tövsiyəsi ilə işdən çıxarması barədə Ağ Evin ilkin izahatından fərqli çıxış edib və deyib ki, FTB direktorunu işdən özü azad edib.

NBC News-a müsahibəsində cənab Trump, “mənim seçki kampaniyamı və ruslar arasında heç bir sözləşmə yoxdur” deyib.

Cənab Trump bu yaxınlarda Twitter-də Rusiya-Trump sövdələşməsi barədə ittihamları “ümumi oyun” adlandırıb.

Lakin cümə axşamı o, bu barıdı FTB araşdırmasının yekunlaşmasını istəməsini təkzib edib.

Bir çox liberal əvvəllər ötən il prezidentliyə namizəd Hillary Clinton-un e-mailləri barədə FTB araşdırmasının Donald Trump-ın seçkilərdə qələbə qazanmasına səbəb olduğunu deyərək, bunda cənab Comey-i günahlandırırdılar və onun işdən azad edilməsinə çağırırdılar.

Ağ Evin Rusiya ilə əlaqələr barədə araşdırmanı FTB-nin apardığı “ən kiçik” araşdırmalardan biri adlandırıb.

FTB Direktoru vəzifəsini icra edən Andrew McCabe isə cümə axşamı bunun “çox əhəmiyyətli istintaq” olduğunu deyib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button