2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Tramp İranın nüvə proqramı ilə bağlı sazişin nəzərdən keçirilməsinə göstəriş verib

Birləşmiş Ştatlar prezidenti Donald Tramp Milli Təhlükəsizlik Şurasına İranın nüvə proqramı ilə bağlı beynəlxalq sazişi nəzərdən keçirməyə və bu ölkəyə qarşı qoyulan sanksiyaların ləğvinin ABŞ-ın milli təhlükəsizlik maraqlarına təsirini qiymətləndirməsinə dair göstəriş verib.

Dövlət katibi Reks Tillerson bu məsələ ilə bağlı məlumatı Nümayəndələr Palatasının spikeri Pol Rayana çərşənbə axşam verib.

Saytların yığılması Saytlarin yigilmasi

Tillerson spikerə İranın 2015-ci ildə Birləşmiş Ştatlar, Britaniya, Fransa, Çin, Rusiya və Almaniyanın iştirak etdiyi danışıqlardan sonra qəbul edilən Birgə Əhatəli Plan adlı öhdəliyə əməl etdiyini bildirib.

Birləşmiş Ştatların İrana qarşı kəskin iqtisadi sanksiyaların tətbiq edilməsinə yol açan beynəlxalq səylər İranın qlobal neft bazarlarına çıxışını məhdudlaşdırıb. Sanksiyalar İslam rejiminin nüvə silahı əldə etməsi səylərini əngəlləmək mahiyyəti daşıyır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button