2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Tramp Maqnitski aktının icrasına başlayır

Bu barədə yayılmış məlumatda bildirilir ki, aprelin 20-də ABŞ prezidenti Donald Tramp Konqresə məktub göndərəcək. Məktubda Tramp  Qlobal Maqnitski Aktını həyata keçirməyə başladığını bəyan edir.
Tramp Konqresə məktubunda ən ciddi və əsaslı şəkildə Maqnitski aktını həyata keçirmək prinsipinə sadiqliyini bildirir.
Məktubda daha sonra qeyd olunur ki, prezident administrasiyası qanundan irəli gələn öhdəliklərini yerinə yetirərək qanunun tətbiq edilməli olduğu şəxslərin və təşkilatların müəyyənləşdirilməsini təmin edəcək.
“Ən yaxın həftələrdə və aylarda rəhbərlik etdiyim strukturlar insan hüquqlarını pozanların və korrupsiyaçıların müəyyənləşdirilməsi və cəzalandırılması üçün zəruri olan bütün, hətta məcburetmə tədbirləri görəcəklər”, deyə məktubda vurğulanır.
Məktubun sonunda bildirilir ki, Qlobal Maqnitski Aktını yerinə yetirməklə ABŞ insan hüquqları və şəffaflıq uğrunda mübarizədə qlobal liderliyini təmin edəcək.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button