2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Tramp NATO-nun toplantısına qatılmağa razıdır

ABŞ prezidenti Donald Trump NATO liderlərinin mayda keçiriləcək toplantısına qatılmağa razılıq verib. Ağ evin yaydığı məlumatda deyilir ki, prezident bu barədə qurumun baş katibi Jens Stoltenberg-lə telefonla danışıb. «Reuters» xəbər agentliyi baş məqaləsində bu haqda yazır.

MALİYYƏ MƏSƏLƏSİNƏ DƏ TOXUNUBLAR

Seçki kampaniyası zamanı D.Trump NATO-nu «lazımsız, köhnəlmiş» qurum adlandırmış, üzv ölkələrin təşkilata daha çox pul ayırmasına, ABŞ-ın yükünün azaldılmasına çalışacağına söz vermişdi. Onun çıxışları həm öz partiyadaşlarını – respublikaçıları, həm də demokratları, eyni zamanda Avropa liderlərini narahat etmişdi. Qərb alyansa düşmən olan Rusiya prezidenti Vladimir Putin-nin durumdan yararlanacağından qorxurdu.

Saytların yığılması Saytlarin yigilmasi

Ağ evin bəyanatında prezidentin NATO katibiylə söhbətində maliyyə məsələsinə toxunduğu vurğulanır. D.Trump və J.Stoltenberg alyans ölkələrinin maliyyə öhdəliklərinə əməl etməsini təmin etməyin yollarını götür-qoy ediblər.

ABŞ prezidentiylə NATO rəhbəri telefon söhbəti zamanı Ukraynadan da danışıblar.

Keçən həftə Ukraynanın şərqində Rusiyaya arxalanan separatçılarla ordu arasında döyüşlər qızışıb, nəticədə 40-a qədər adam ölüb. Ağ evin məlumatında prezidentin Ukraynadakı münaqişənin potensial həlli yollarını müzakirə etdiyi bildirilir.

D.Trump və V.Putin

D.Trump və V.Putin

Prezidentin Ukraynayla bağlı mövqeyi də narahatlıq doğururdu, çünki seçki kampaniyası zamanı D.Trump bu məsələdə də sələflərindən fərqli fikirdə olduğunu söyləmişdi.

RUSİYAYLA MÜNASİBƏTLƏRİ İSİTMƏK

«Reuters» eyni zamanda D.Trump-ın Rusiyayla münasibətləri isitməkdən ötrü ölkəsində «ocaq yandırdığını» yazır. Bazar günü «Fox» kanalına müsahibəsində D.Trump V.Putin-ə hörmət etdiyini söyləyib. Aparıcının «Putin qatildir» replikasına cavabında isə D.Trump V.Putin-i, az qala, müdafiə edib: «Qatil bizdə də çoxdur. Sizcə, bizim ölkəmizin günahı yoxdur?» – sual edən prezident İraqda 2003-cü ildə başlanan müharibəni xatırladıb.

D.Trump-ın Rusiyaya sanksiyaları aradan qaldırmaq məsələsini götür-qoy etməsi ABŞ siyasətçilərini əndişələndirib. Senator Marco Rubio (keçən il prezidentlik uğrunda ilkin yarışlarda D.Trump-a uduzmuş respublikaçı) Twitter hesabında bunun böyük səhv ola biləcəyini yazıb: «Sanksiyalar yalnız V.Putin həmin sanksiyalarla bağlı tələbləri yerinə yetirdiyi, Ukraynaya müdaxiləyə son qoyduğu halda ləğv edilə bilər».

Senatdakı respublikaçı çoxluğun lideri Mitch McConnell isə CNN-ə müsahibəsində D.Trump-ın dediyi hər sözü tənqid etmək fikrində olmadığını, amma Rusiyaya gəldikdə, məsələyə fərqli yanaşdığını söyləyib.

(azadliq.org)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button