2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Tramp nüvə çamadanından məhrum edilir – QANUN LAYİHƏSİ

Massaçusets ştatından senator Edvard Mark və Nümayəndələr Palatasının üzvü Ted Lyu Konqresə prezident Donald Trampın qabaqlayıcı nüvə zərbəsi endirmək hüququndan məhrum edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb.

Publika.az xəbər verir ki, bu haqda Edvard Markın saytında yerləşdirilən rəsmi məlumatda deyilir.

“Nüvə müharibəsi bəşəriyyətin sağ qalması üçün ən böyük riskdir. Prezident Tramp xatırladırdı ki, o, terrorçulara nüvə zərbəsi vura bilər. Təəssüf ki, Tramp qabaqlayıcı nüvə zərbəsi konsepsiyası ilə bu hüququ alır. Digər nüvə dövlətləri ilə münasibətlərdə böhran yaranacağı halda nüvə eskalasiyası riski kəskin artır. Nə prezident Trampa, nə istənilən başqa prezidentə nüvə silahını birinci tətbiq etməyə icazə vermək olmaz”, – deyə senator bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Tramp 2016-cı ilin sentyabrında prezidentliyə namizəd Hillari Klintonla birinci teledebat zamanı ABŞ tərəfindən qabaqlayıcı nüvə zərbəsinin endirilməsi imkanını istisna etməyib. Dekabrın 22-də isə seçilmiş prezident olaraq bildirib ki, ABŞ nüvə silahları sahəsində imkanlarını əhəmiyyətli dərəcədə genişləndirməyə məcburdur.

Qeyd edək ki, prezident ABŞ-da nüvə hücumunu həyata keçirmək üçün yeganə səlahiyyətli şəxsdir. Prezidentin bu səlahiyyətinə nəzarət edəcək bir mexanizm yoxdur. Ancaq dövlət başçısının belə tarixi bir qərarı təkbaşına qəbul edəcəyi inandırıcı deyil. Prezident nüvə silahından istifadə olunması barədə əmr verərsə, müdafiə naziri konstitusiyaya görə əmri yerinə yetirmək məcburiyyətindədir.

Nəzəri baxımdan müdafiə naziri prezidentin əqli vəziyyətinə şübhə edərək əmri yerinə yetirməkdən imtina edə bilər. Ancaq bu itaətsizlik anlamına gəlir. Bu halda prezident naziri vəzifəsindən kənarlaşdıra və vəzifəni müdafiə nazirinin köməkçisinə verə bilər.

Prezident şəxsiyyət vəsiqəsini plastik bir kartla baş komandan olaraq təsdiqlədikdən sonra hər vaxt yanında olan “nüvə futbol topu”nu açır. Çantanın içində hücum variantlarının yer aldığı “Qara Kitab” var.

Prezident uzun “menyu”dan bir hücum variantını seçdikdən sonra əmr Pentaqonun döyüş otağına çatdırılır. Ardınca möhürlü təsdiqləmə kodları ilə Nebraskadakı Offutt hava bazasındakı ABŞ Strateji Komandanlıq Mərkəzinə göndərilir. Əmr şifrələrlə çatdırılır.

ABŞ və Rusiya iki ölkənin şəhərlərini bir neçə dəqiqədə yox edəcək qədər nüvə arsenalına sahibdir. ABŞ-da yalnız Moskvaya tuşlanan 100 nüvə başlıqlı raket var. İki ölkənin nüvə arsenalı bütün dünyadakı nüvə döyüş başlıqlarının 90 faizini təşkil edir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button