2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Tramp sunni-şiə münaqişəsində sünnilərin tərəfindədir?

“The İndependent” qəzetində tanınmış Şərq məsələləri təhliçisi Peter Kokburn yazır ki, Tramp Səudiyyə Ərəbistanında etdiyi çıxışda faktiki olaraq ABŞ-ın sünnilərin tərəfində olduğunu bəyan edib.
O Riyada toplaşmış 55 müsəlman liderini öz ölkələrindəki terrorçuluğun kökünü kəsməyə çağırıb. O az qalıb ki, hətta İranda hakimiyyət dəyişiklliyinə də çağırsın, halbuki 2 gün bundan əvvəl İranda kifayət qədər ədalətli seçki keçirilib.
Kokburn yazır ki, Tramp Hizbullahı lənətləyib və Yaxın Şərqi parçalayan təmsili məzhəb müharibəsində ABŞ-ın şiələrə qarşı mübarizədə sünnilərin tərəfində olduğunu nümayiş etdirib.
Lakin məqalədə deyilir ki, adətən ABŞ prezidentlərinin Yaxın Şərqə səfərlərinin təsiri həddən artıq şişirdilir və əslində deyildiyi qədər də böyük təsirə malik olmur.
Cockburn yazır ki, Barak Obamanın 2009-cu ildə Qahirədə etdiyi çıxış Trampın çıxışı ilə müqayisədə xeyli düşünülmüş və ölçülüb-biçilmiş nitq idi. Lakin həmin nitqdə də ABŞ-ın xarici siyasətində hər hansı dəyişikliyin olmadığı bildirilirdi. Əslində Trampın çıxışı da belə bir iz buraxacaq.
Məqalədə deyilir ki, Donald Tramp özünün ilk səfəri üçün ən avtokratik ölkəni seçib və orada onun çıxışı hökumətin nəzarətində olan media tərəfindən təbii ki, alqışlanacaq.
Lakin əslində, Trampın Suriya, İraq, Türkiyə və İran haqqında dedikləri Obamanın dediklərindən qətiyyən fərqlənmir.
Kokburn yazır ki, Trampın 55 müsəlman lideri öz ölkələrində terrorun kökünü kəsməyə çağırması da onların ürəyinə yağ kimi yayılacaq, çünki onlar terror deyəndə, ilk növbədə özlərinə qarşı olan hər hansı müxalifəti başa düşürlər.
Məqalədə deyilir ki, belə münasibət Misir prezidenti Əs-Sisi kimi liderlər üçün Müsəlman Qardaşlığı təşkilatının məhbəslərdə saxlanmasına yaşıl işıq olacaq.
“The İndependent” yazır ki, Trampın Yaxın Şərqdə insan haqları məsələsinə toxunmaması artıq bir çox təhlilçilərin tənqidinə tuş gəlib, lakin bundan da mühüm olanı, onun Ər-Riyadda ümumiyyətlə avtokratlar qarşısında çıxış etməsidir.
Səudiyyə liderlərinə gəlincə isə, onlar şəksiz ki, Trampın İranın terrorun başçısı olduğunu söyləməsini alqışlayırlar. Amma onun məhz bu bəyanatı Yaxın Şərqdəki münaqişələri daha da qızışdıracaq.
“Bütün bunları bəyan etməklə Tramp Birləşmiş Ştatları sünni və şiələr arasında qəddar münaqişəyə soxub” – yazır jurnalist.
Cockburn yazır ki, Trampın çıxışının Səudiyyə Ərəbistanı üçün daha bir aspekti də var. Tramp yaddan çıxarır ki, Yaxın Şərqdə əl-Qaeda kimi təşkilatların təşəkkül tapmasında neft pullarını Vəhhabilik kimi təriqətin yayılmasına qoyan Səudiyyə Ərəbistanı müstəsna rol oynayıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button