2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Tramp tərəfdarları Konqresin işini pozurlar


ABŞ-da prezident Donald Trampın minlərlə tərəfdarı Konqres binasının qarşısına toplaşıblar.

Son xəbərlərə görə Senat işini dayandırıb və Konqresin bəzi üzvləri ofislərini təxliyə ediblər.

İki palatanın birgə iclasına sədrlik edən vitse-prezident Mayk Pensin də evakuasiya edildiyi deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Respublikaçı Milli Komitənin sədri Ronna MakDaniel deyib ki, kimin hansı tərəfdə olmasına baxmayaraq “bizim siyasətimizdə zorakılığa yer yoxdur”.

Bundan əvvəl xəbər verilirdi ki, ABŞ-da 3 noyabr seçkisinin Seçki Kollegiyası tərəfindən elan edilmiş nəticələrinin təsdiq edilməsi üçün ABŞ Konqresinin iki palatasının birgə sessiyası keçirilir.

Demokrat Co Bayden bu seçki nəticələrinə görə hazırkı prezident Donald Trampa qalib gəlib.

Nəticələrin Konqresdə təsdiqlənməsi prezident seçilmiş Co Baydenin yanvarın 20-də keçiriləcək inaqurasiyasından əvvəl sonuncu formal addımdır.

Bu sessiyalar adətən tamamilə mərasim xarakteri daşısa da, Trampın bu seçkinin nəticəsini qəbul etməkdən imtina etməsi indiki təsdiqlənmə prosesini qəzəbli debata çevirib.

Azı 14 senator

Vəziyyəti gərginləşdirən azı 14 respublikaçı senatorun və 140-dək respublikaçı Konqres üzvünün bəzi ştatların seçki nəticələrini mübahisələndirmək istəməsi olub.

Nəticələrin mübahisələndirilməsi qərarı respublikaçılar arasında parçalanma yaradıb.

Senatdakı respublikaçı çoxluğun lideri Miç Makkonnel öz partiyadaşlarını Seçki Kollegiyasının nəticələrini qəbul etməyə çağırıb:

“Seçicilər, məhkəmələr, ştatlar öz sözlərini deyiblər. Əgər biz bunların üstündən xətt çəksək respublikamıza ömürlük zərər vuracağıq”.

Nümayəndələr Palatasının demokrat spikeri Nensi Pelosi iclas gününü “demokratik sistemimizə etimadın təminatı üçün nəhəng tarixi əhəmiyyətə” malik gün adlandırıb.

Azı 6 ştatın nəticələri

Respublikaçı millət vəkilləri azı altı ştatda – Arizona, Corciya, Nevada, Miçiqan, Pensilvaniya və Viskonsində keçirilmiş seçkinin nəticələrinə etiraz etməyi planlaşdırırlar.

Seçki nəticəsinə ifadə edilmiş hər bir etirazın iki saat ərzində Nümayəndələr Palatası və Senatda müzakirəsi tələb olunur.

Respublikaçıların bu cəhdlərinin Baydenin prezident olmasının qarşısını almaq üçün heç bir şansı yoxdur. Həm də respublikaçı millət vəkillərinin əksəriyyəti etirazların rədd edilməsinə tərəfdardır.

Sessiya başlanar-başlanmaz respublikaçı millət vəkilləri Arozona seçkisinin nəticələrinə rəsmi etiraz təqdim ediblər.

Mayk Pens Trampın təzyiqinə boyun əyməyəcəyini deyib

Birgə sessiyaya vitse-prezident Mayk Pens sədrlik edirdi. Xəbər verilir ki, Pens Trampın təzyiqlərinə baxmayaraq vitse-prezidentin ənənəvi proseduru yerinə yetirəcəyini, yəni Baydenin qələbəsinin təsdiq olunmasına qarşı çıxmayacağını bildirib.

Sessiyadan əvvəl verdiyi bəyanatda Pens deyib ki, onun təkbaşına seçki nəticəsini ləğv etmək səlahiyyəti yoxdur.

O bildirib ki, Birləşmiş Ştatların Konstitusiyası da ondan bunu tələb edir.

Seçki Kollegiyasının nəticəsinə görə Bayden Trampa 306-232 nüsbəti ilə qalib gəlib.

Mübahisələndirilən ştatların hakimiyyət orqanları və seçki rəsmiləri seçki saxtakarlığına dair Trampın iddialarını rədd ediblər.

Bundan başqa Ali Məhkəmə də daxil bir sıra məhkəmələr də bu iddialara aid vəsatətləri qəbul etməyiblər.

Lakin vəziyyəti son dərəcə gərginləşdirən Trampın minlərlə tərəfdarının Konqres binası qarşısına toplaşmasıdır.

Onlar Trampın seçkiyə dair iddialarını dəstəklədiklərini bildirilər.

Etiraz aksiyasının ciddi zorakılığa çevrilmək ehtimalı var.

Bundan əvvəl Donald Tramp Ağ Evin qarşısına toplaşmış tərəfdarları qarşısında etdiyi çıxışda seçkini və medianı kəskin tənqid atəşinə tutmuşdu.

O demişdi ki, “biz heç vaxt geri çəkilməyəcəyik, biz heç vaxt təslim olmayacağıq”.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button