2023-03-06 08:00:12
“Üçüncü dünya müharibəsinin başlanmasının qarşısını alacaq yeganə insan mənəm” dedi Tramp. Amerika Mühafizəkarlar İttifaqının təşkil etdiyi konfransda çıxış edən Tramp bir ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsini “bir gündə” bitirə biləcəyini iddia edib. Üçüncü dünya müharibəsinin başlayacağını, lakin bunun qarşısını ala biləcək yeganə lider olduğunu müdafiə edən Tramp, dövründə həyata keçirdiyi Rusiya və Çinin siyasətini yüksək qiymətləndirib.
ABŞ-ın azad ölkə olmadığı və hazırda azad mətbuata sahib olmadığı fikrini müdafiə edən Tramp, “Mən sizin səsinizəm, döyüşçünüzəm, ədalətinizəm. “Zülm və xəyanətə məruz qalanlar, mən sizin intiqamınızam”. Tramp 1 saat 45 dəqiqə davam edən çıxışında Co Bayden administrasiyasını da tənqid edərək, “Biz Baydeni Ağ Evdən çıxaracağıq” deyib. ABŞ-ın Əfqanıstanı biabırçı şəkildə tərk etdiyini deyən Tramp, Talibanın ABŞ-ın Əfqanıstanda qoyduğu silahları başqa ölkələrə satdığını iddia edib.
Tərcümə“24 SAAT”