2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Tramp və nüvə çamadanı: “qırmızı düymə” necə basılır…

Bu gün, yanvarın 20-də yeni ABŞ prezidentinin inaqurasiyası günündə tamaşaçılar Kapitoli yüksəkliyindəki mərasimdə prezident Barak Obamanı müşayiət edən hərbi geyimli köməkçini də görə biləcəklər. Köməkçinin daşıdığı çanta-portfelin içində kiçik çamadan olacaq. Bu çamadana “nüvə futbol topu” da deyirlər.

Artıq həmin vaxtadək yeni prezidentə strateji nüvə zərbəsi endirilməsi üçün kodların necə işə salındığı barədə təlimat verilmiş olacaq. Elə ki, Donald Tramp prezident kimi and içdi, əlində portfel olan həmin köməkçi diqqəti cəlb etmədən keçib onun yanında dayanacaq.

Məhz bundan sonra Donald Tramp bir saatdan da qısa müddətdə milyonlarla insanın məhvinə səbəb ola biləcək əmri verməyə bu dünyada səlahiyyəti çatan yeganə şəxs olacaq. İndi bir çoxları belə bir sual verirlər: Onun kəskin temperamenti və çılğınlığı nəzərə alınarsa, bu adamın düşünülməyən və fəlakətli nəticələrə səbəb ola biləcək qərarının qarşısı alına bilərmi?

Saytların yığılması Saytlarin yigilmasi

Buradaca qeyd etmək lazımdır ki, Donald Tramp artıq özünün nüvə silahı barədə təxribatçı bəyanatlarından geri çəkilib. Bu yaxınlarda o deyib ki, bu silaha əl atacaq ən sonuncu adam o olacaq, hərçənd bunu edə biləcəyini də istisna etməyib.

Digər tərəfdən komandanlıq strukturunun tərkibində, məsələn, gələcək müdafiə naziri, keçmiş dəniz piyadaları generalı James Mattis kimi başqa şəxslər də var. Lakin Washington-dakı Stateji Tədqiqatlar İnstitutunun eksperti Mark Fitzpatrick deyir ki, bütün hallarda nüvə raketlərinin atılması barədə son qərarı yalnız prezident verir.

O qeyd edir ki, prezidentə belə bir əmr verməyi heç kəs qadağan edə bilməz. Lakin onun verdiyi əmrlə əmrin icrası arasında prosesə qoşulacaq başqa şəxslər də var. Odur ki, idarə olunmayan prezidentin belə qərarı təklikdə qəbul edəcəyi ssenari real görünmür. Lakin nəzəri baxımdam prezident belə bir əmri verə bilər və konstitusiyaya görə, həmin əmri müdafiə naziri yerinə yetirməlidir.

Lakin nəzəri baxımdan yenə də prezidentin əqli sağlamlığına şübhə edən müdafiə naziri bu əmri icra etməyə bilər, amma bu, artıq hərbi qiyam kimi qiymətləndiriləcək. Prezident onu vəzifədən kənarlaşdıra və əmri müdafiə nazirinin müavininə verə bilər. Eləcə də nəzəri baxımdan ABŞ Konstitusiyasının 25-ci maddəsinə edilmiş düzəlişə uyğun olaraq, vitse-prezident elan edə bilər ki, prezident əqli baxımdan iqtidarsızdır və müvafiq qərarları qəbul edə bilmir. Lakin bu halda nazirlər kabinetinin əksəriyyəti vitse-prezidenti dəstəkləməlidir.

Nüvə düyməsi necə basılır?

Daim prezidentin yanında olan çamadanın və ya “nüvə futbol topunun” içində “qara kitab” adlı təlimat var. Burada ABŞ-ın hansı hallarda nüvə zərbəsi endirməli olduğu barədə müxtəlif ssenarilər yazılıb. Bu çamadanı açmaq üçün prezident öz şəxsiyyətini müəyyən edən plastik kartı işə salmalıdır. Vaşinqtonda dolaşan şayiələrə görə, guya keçmiş prezidentlərdən hansısa bu kartı bir müddət itiribmiş və tapa bilmirmiş. Sonradan məlum olub ki, kart onun pencəklərindən birinin cibində kimyəvi təmizləməyə verilib.

Prezident çamadandakı “menyudan” nüvə silahının hədəfini seçdikdən sonra qərargah rəislərinin birləşmiş komitəsi vasitəsilə Pentaqonun komanda məntəqəsinə əmr verir. Prezident bundan sonra möhürlənmiş kodların köməyi ilə daha bir əmri Nebraskadakı Offatt hərbi-hava bazasında yerləşən ABŞ strateji komandanlığına verir.

Raket qurğularına start qərarı şifrələnmiş kodlar vasitəsilə ötürülür. Bu kodlar seyflərdə saxlanan kodlara uyğun gəlməlidir. Həm ABŞ-ın, həm də Rusiyanın bir-birlərini bir neçə dəfə məhv etmək üçün kifayət qədər nüvə raketləri var. Məlum olduğuna görə, təkcə Moskvaya 100-dək Amerika raketi tuşlanıb. Bu iki ölkənin birlikdə malik olduğu nüvə arsenalı bütün dünyadakı nüvə döyüş başlıqlarının 90 faizini təşkil edir.

2016-cı ildən ən çox nüvə raketi Rusiyadadır. Məlumdur ki, Rusiyanın nüvə başlıqlarının toplam sayı 1796-dır. Onlar qitələrarası ballistik raketlərdə, sualtı qayıqlardakı raketlərdə və habelə strateji bombardmançı təyyarələrdə yerləşdirilib. Prezident Vladimir Putinin sərəncamı ilə Moskva nüvə qüvvələrinin modernizasiyasına milyardlarla rubl xərcləyib. Səyyar ballistik raketlər Sibir meşələrindəki mövqelərini tez-tez dəyişir.

2016-cı ilin sentyabrına olan məlumata görə, ABŞ-ın 1367 strateji nüvə başlığı var. Bu başlıqlar start şaxtalarında, sualtı gəmilərdə və dərhal təyyarələrə yüklənmək üçün hazır vəziyyətdə aviasiya bazalarında yerləşir.

Böyük Britaniyanın 120 strateji döyüş başlığının yalnız üçdə biri sualtı gəmilərdədir. Böyük Britaniyanın sualtı gəmilərindən biri daim haradasa dünya okeanının dərinliklərindədir. Buna “daimi dənizdən çəkindirmə” (continuous at sea deterrent) sistemi deyilir.

Qitələrarası ballistik rakletlərin uçuş sürəti saatda 27 min kilometrə çata bilər. Bu raketlər əvvəlcə Yerin atmosferindən çıxır, sonra isə saniyədə 6,5 kilometr sürətlə hədəfə doğru şığımağa başlayır. Rusiya və ABŞ arasında belə raketin hərəkətinə 25-30 saniyə vaxt lazım gələrdi. Sualtı gəmilərdə yerləşdirilmiş raketlər isə hədəfə yaxınlığı hesabına onu 12 saniyəyə vura bilər.

Buna görə də siqnalın yalançı və ya Axirəti bildirən həqiqi siqnal olduğunu müəyyən etmək üçün vaxt olduqca qısadır. Buraxılmış raketi dayandırmaq mümkün deyil, lakin şaxtadakı raketi düşmən tərəf vura bilər. Ağ evin keçmiş əməkdaşı deyib ki, hər şey nüvə raketinin buraxılması qərarının hansı şəraitdə qəbul edilməsindən asılı olacaq.

Əgər bu X ölkəsi üzərinə uzun müddət müzakirə olunmuş və ölçülüb-biçilmiş önləyici zərbə qərarıdırsa, onun icrasında çox sayda insan iştirak edəcək. Yəqin ki, belə qərarın qəbulunda vitse-prezident, milli təhlükəsizlik müşaviri və nazirlər kabinetinin əksər hissəsi iştirak edəcək. Lakin əgər ABŞ-ın qarşısında strateji təhlükə qəflətən yaransa, məsələn, düşmənin Amerikaya tərəf uçan raketləri radarda görünsə, onda prezident nüvə raketlərinin buraxılması əmrini şəxsən verə bilər.

bbc

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button