2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Trampa istefa vermək üçün bir neçə saat vaxt verildi

Amerika rejissoru Maykl Mur ABŞ prezidenti Donald Trampı Ağ Evi könüllü şəkildə tərk etməyə çağırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, rejissor bu haqda Tvitter səhifəsində yazıb.

Saytların yığılması Saytlarin yigilmasi

Rejissor bildirib ki, əks halda Tramp barəsində impiçmentə təşəbbüs ediləcək.

“Donald Tramp, indi Vaşinqtonda günortadır və deyəsən, sən hələ bizim Oval kabinetimizdə oturursan. Mən sənə getmək üçün səhərə qədər vaxt verirəm”, – o yazıb.

Maykl Mur növbəti mesajında əlavə edib ki, bunu yaxşılıqla etmək olar: “Sən ya istefaya gedəcəksən, ya da impiçment olacaq”.

Mur daha əvvəl Donald Trampla keçmiş prezident, kiçik Corc Buşun ABŞ-ın milli təhlükəsizliyi ilə bağlı yanaşmalarını müqayisə edib. Rejissor xəbərdarlıq edib ki, Trampın prezidentliyi dövründə ABŞ-da böyük terror aktı törədilə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button