2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Trampdan daha bir qıcıqlandırıcı qərar

ABŞ prezidenti Donald Tramp Ağ ev yanında Müxbirlər Assosiasiyasının (WHCA) ənənəvi illik şam yeməyini buraxacağını bəyan edib.

24saat.org  report.az-a istinadən bildirir ki,o, bu barədə öz “Twitter” mikrobloqunda yazıb, lakin onun iştirakçılarına xoş axşamlar arzu edib.
“Mən WHCA-nın bu il keçiriləcək şam yeməyində iştirak etməyəcəyəm”, – deyə o yazıb.
WHCA-nın adətən ABŞ prezidenti də daxil olmaqla, jurnalistlər, məşhurlar və siyasətçilərin iştirak etdikləri illik şam yeməyinin aprelin 29-da Vaşinqtonda təşkil edilməsi planlaşdırılır.
Ağ Evin Müxbirlər Assosiasiyası 1914-cü ildə təsis edilmiş müstəqil jurnalistlər birliyidir.
Bundan əvvəl Assosiasiya ABŞ administrasiyasının mətbuat xidmətinin bir sıra KİV nümayəndələrinin qapalı brifinqə buraxılmamasına dair qərarını tənqid etmişdi.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button