24saat.org Trampdan gözlənilməz QƏRAR - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Trampdan gözlənilməz QƏRAR

Dövlət katibini işdən çıxardı

ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu vəzifəsindən azad etdiyini açıqlayıb. 24saat.org xəbər verir ki, o, “Twitter” səhifəsində bu vəzifəyə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeonu təyin etdiyini bildirib:

“Yeni dövlət katibimiz MKA rəhbəri Mike Pompeo olacaq. O, fantastik iş görəcək!”

Tramp twitdə Rex Tillerson xidmətlərinə görə təşəkkür də edib.

MKİ rəhbəri vəzifəsinə isə müavin indiyədək müavin postunda olan Gina Haspel təyin edilib. O, MKİ-də ilk qadın rəhbərdir.

Tillerson Afrikaya səfərdən qayıdandan az sonra elan edilİib. Tramp bildirib ki, Reks Tillersonla İran məsələsində razılığa gələ bilmədiyi üçün belə bir addım atıb:

“ Uzun müddətdir, bu barədə düşünürdük. Pompeo ilə fikirlərimiz isə eynidir və ona tam güvənirəm” – deyə Tramp bildirib.

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.