2023-03-19 08:00:38
ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünün “Truth Social” sosial media platformasında verdiyi açıqlamada, “susmaq payı ödəməsi” kimi tanınan istintaq çərçivəsində çərşənbə axşamı həbs olunacağını iddia edib.
QLAMP QURAŞILACAQ?
İzləyicilərini mümkün həbs qərarına reaksiya verməyə dəvət edən Tramp “Etiraz et və ölkəni geri al” ifadəsini işlədib. Tramp ABŞ-ın hazırkı prezidenti Co Baydenə uduzduğu 2020-ci il prezident seçkilərinin ondan oğurlandığı iddiasını təkrarlayıb. Porno ulduz Stormi Daniels 2016-cı ildə Trampla cinsi əlaqədə olduğu iddiası ilə bağlı susmaq üçün ona 130 min dollar ödəmək üçün müqavilə imzaladığını iddia edib. Trampın bu açıqlamaları həm də keçmiş prezidentin əl-qolunun qandallanacağı ilə bağlı müzakirələrə səbəb olub.
Tərcümə“24 SAAT”