2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Trampı aciz qoyan “Azərbaycan” sualları

“3 milyard dollarlıq” zərbə hakimiyyət üçün betər tutarlı olub. Novruz Məmmədovun təbirincə desək, beynəlxalq mediada gedən məqalələr hakim düşərgənin ideoloqlarını da pis “havalandırmayıb”.
Rəsmi açıqlamalarda, məqalələrdə 3 milyard dollarlıq korrupsiyaya verilən cavablar, son dərəcə isterikliyi ilə fərqlənir. Hakimiyyətin belə skandallardan həmişə “müdrikcəsinə susmaqla” çıxardı, bu dəfə şeytan onları yoldan çıxarıb, danışırlar, amma hər belə danışıq, açıqlama aydın səmada qəhqəhə ildırımları çaxdırır.

Aşağıdakı abzaslara lütfən, diqqət edin.

Saytların yığılması Saytlarin yigilmasi

Bir: D.Tramp ABŞ prezidentidir. Seçildiyi gündən, bu günə qədər ABŞ mediası ilə müharibə şəraitindədir. Onun ABŞ-ın ən nüfuzlu qəzeti- “Vaşiqnton Postu” tviterində “yalançı” adlandırması lap təzə söhbətdir.

İki: “Azərbaycan” qəzeti Milli Məclisin rəsmi nəşr orqanıdır.

Bu gün “Azərbaycan” qəzetində hakimiyyət əməllicə ağlaşma quraraq Trampa üz tutaraq xitab edib ki, “ey bivəfa, o bizə yolladığın şəfqət dolu məktublar nədi, bu “Vaşiqnton Post”da yazdırdıqların nədi?
Xülasə, prezident D.Trampı xeyli məzəmmət ediblər ki, bəs sən seçiləndən sonra demişdin, Obamanın Azərbaycanla korladığı əlaqələri bərpa edəcəksən, ABŞ-ı haqq yoluna qaytaracaqsan, eləysə, “nədir bu eybucilər”?!
Yəqin ki, Allah Trampa çox lütflər bəxş eləsə də bizim “milli” qəzetləri oxuyub feyz almağı rəva bilməyib. Ona görə Tram “Azərbaycan”ın şedevrindən bixəbər qalacaq. Ancaq bir anlıq möcüzə baş versəydi və haqqında danışdığımız məqalə ilə təmas qursaydı, bu cənab xeyli dolxor olardı. Təmiz azərbaycanca “tvit atardı” ki, keçəl əlac bilsə öz baçına eləyərdi. Yaxud, “Azərbaycan”çılar ismariş yollayardı ki, bunların ağızını yummağı mən sizdən çox istəyirəm, çəmin bilirsinizsə, gəlin köməkləşib edək; amma bəri başdan bilin ki, bizdə, nə cibə nəşə atıb tutma var, nə də jurnalisti “xuliqan” adlandırıb həbs eləmək.

Natiq Güləhmədoğlu

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button