2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Trampın 10 yaşlı oğluna görə – Qalmaqal

ABŞ-ın yeni prezidenti Donald Trampın oğlu Berronun Yuxarı Manhattan məktəbində tədris ilinin sonuna qədər təhsilini davam etdirməsi digər şagirdlərin valideynlərinin narazılığna səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, onların fikrincə, təhsil müəssisəsində yüksək vəzifəli şəxsin oğlunun təhlükəsizliyi üçün mühafizəçilərin yerləşdirilməsi yararsızdır. Bu barədə “The İndependent” nəşri yazıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qəzetin məlumatına görə, bəzi valideynlər şikayət edərək ironik şəkildə bildiriblər ki, birinci xanım Melaniya Tramp üçün liftlər də mühasirəyə alınsın. Onlar bununla bəyan ediblər ki, Berronun və onun ətrafının təhlükəsizliyi ən yaxşı şəkildə Vaşinqtonda təmin oluna bilər.

Xatırladaq ki, Melaniya Tramp oğlu ilə Ağ Evə köçməkdəm imtina edib. Belə ki, birinci xanım 2017-ci il yanvarın 20-də keçiriləcək inaqurasiyadan sonra Nyu-Yorkdakı villasında qalmağı planlaşdırır. ABŞ-ın birinci xanımının bu qərarı 10 yaşlı oğlunu depressiyaya salmaq və onun rahatlığını pozmaq istəmədiyinə görə verdiyi bildirilir.

Bundan əlavə, Donald Trampın ailəsinin təhlükəsizliyi üçün mühafizəçilərin sayını əvvəlkindən də bir neçə dəfə artıq artıracağı iddia olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button