2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Trampın alovlandırdığı ABŞ-Çin gərginliyi savaşa aparacaqmı?

Hələ prezident səlahiyyətlərinə rəsmən başlamayan Donald Trampın Çinə qarşı «savaş siyasəti» xeyli sual və narahatlıq doğurmağa başlayıb. Ekspertlərin bəziləri gərginliyin davam edəcəyi təqdirdə, dünyanın iki böyük gücün qarşıdurmasına şahidlik edəcəyini, bəziləri isə ABŞ-ın Çin siyasətində ciddi dəyişiklik olmayacağını ehtimal edir.

ABŞ-la Çin arasında onsuz da yaxşı olmayan münasibətlər ötən il Pekinin Sakit Okeanda ərazi iddiasından sonra bir az da gərginləşdi.

Həmin vaxt ekspertlər proqnoz verdi ki, tərəflər arasındakı bu gərginlik ciddi qlobal təhdiddən xəbər verir.

Saytların yığılması Saytlarin yigilmasi

Tramp hələ seçkiqabağı kampaniya dövründə sərt bəyanatlar verərək Çinə qarşı olduğunu nümayiş etdirməyə başladı. Əsas hədəfinin Amerikanı yenidən qüdrətli etmək olduğunu deyən Trampa görə, bunun bir yolu da Çinlə iqtisadi əlaqələri məhdudlaşdırmaqdır.

Tayvan (Çin bu ölkəni öz ərazisi hesab edir) lideri Tsay İvenin təbrik zənginə cavab verməklə və onu prezident adlandırmaqla Tramp bir neçə gün əvvəl yenidən işarə etdi ki, «vahid Çin» siyasətini dəstəkləmir.

ABŞ-la Tayvan arasında diplomatik əlaqələr 1979-cu ildə kəsilib. İki liderin son telefon söhbəti həmin vaxtdan bu yana tərəflər arasındakı ilk rəsmi təmas idi. 

Bu zəngdən dərhal sonra Pekin Vaşinqtonu münasibətləri pisləşdirməklə və ticarət savaşı ilə hədələdi.

Tramp bu dəfə də geri addım atmadı, əksinə, Çini qəzəbləndirəcək növbəti qərarını verdi. Ağ Evin nəzdində yeni yaradılmış Milli Ticarət Şurasına Çinə qarşı sərt və tənqidi mövqeyi ilə seçilən iqtisadçı Piter Navarronu rəhbər təyin etdi.

Tramp Çini niyə sevmir?

 

Maraqlıdır, Trampın Çinə qarşı bu münasibəti nədən qaynaqlanır və yeni prezident niyə Birləşmiş Ştatların bu ölkə ilə bağlı siyasətini dəyişməyə qərar verib? 

Tramp «Twitter» hesabından tez-tez Çini tənqid edən statuslar paylaşırdı. Ona görə, Pekin az qala, neqativ olan hər şey şeyin səbəbkarı idi –  kiberhücumlardan tutmuş, iqlim dəyişikliyinə qədər.

Amerikalı milyarder əmindir ki, Çin qlobal istiləşmə anlayışını qəsdən uydurub ki, ABŞ-ın rəqabət qabiliyyətini öldürsün.

“Qlobal istiləşmə mifi ilə mübarizə aparmaq üçün gəlin, zavod və fabriklərimizin rəqabət qabiliyyətini öldürək. Çin bundan çox xoşbəxt olacaq», deyə Tram statuslarının birində yazmışdı.

Tramp deyir ki, iqlim üzrə Paris sazişi Amerikaya sərf etmir. Çünki tullantılar üzrə dünya lideri olan Çin sənəddə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmir. Və bu sazişdən imtina etməyə hazırlaşır.

Düzdür, seçkidəki qələbəsindən sonra Tramp bir qədər yumşaldı. Hətta «Twitter»də nəvəsinin çincə şer oxuduğunu göstərən video paylaşdı.

Amma dekabrın əvvəlində Tayvan lideri ilə telefon söhbəti aparmaqla Pekini yenidən qıcıqlandırdı. Çindən gələn rəsmi və qeyri-rəsmi etirazlara isə cavabı gecikmədi.

Tramp bildirdi ki, «vahid Çin» siyasətini tamamən başa düşür. Başa düşmədiyi isə odur ki, Çinlə ticari və digər sahələrdə razılığa gəlmədən ABŞ bu siyasətə niyə sadiq olmalıdır.

Tramp öz mikrobloqunda xatırlatdı ki, Vaşinqton rəsmi şəkildə ancaq Çini tanıyır. Amma o da faktdır ki, ABŞ Tayvana dəstək verib. O cümlədən də hərbi sahədə.

“Maraqlıdır, ABŞ Tayvana milyard dollarlıq hərbi texnika satdığı halda mən niyə oradan gələn təbrik zəngini qəbul etməməliyəm?!», deyə Tramp Pekinin iradlarına cavab verdi.

Bundan başqa, o, bir daha xatırlatdı ki, Çinin valyuta, Cənubi Çin dənizi və Şimali Koreya siyasətinə tənqidi yanaşır.

Tramp açıq şəkildə bəyan etdi ki, Çin ona telefon zənginə cavab verib-verməmək məsələsində diktə edə bilməz.

Obamanın Çin siyasəti necə idi? 

 

Səlahiyyət müddətini başa vurub Ağ Evlə vidalaşmağa hazırlaşan prezident Barak Obama prezidentliyi dövründə Çinlə yaxınlaşmağa, Rusiyanı isə uzaq tutmağa çalışdı. İndi Tramp bunun tam əksini edir. 

ABŞ-ın məlum sanksiyalarından sonra Rusiya Qərbdən nəzərəçarpacaq dərəcədə uzaqlaşmağa, Çinlə isə yaxınlaşmağa başladı.

Tramp hələ seçkiöncəsi kampaniya dövründə Çin məhsulları ilə bağlı sərt qərar verəcəyini, Rusiyaya qarşı sanksiyalar məsələsinə isə yenidən baxacağını açıqladı.

Bu siyasət ondan xəbər verir ki, Tramp hələ ki dəqiq və tutarlı strateji konsepsiyaya sahib deyil.

Onun Çin malları ilə bağlı radikal tarif siyasəti vəziyyəti savaş həddinə qədər gətirə bilər. Bu çərçivədə Tramp Çini təhdid olaraq görür. Lakin Tramp ABŞ-ın rəqibi hesab etdiyi Çinlə qəfil saziş də bağlaya da bilər.

Hazırkı mərhələdə dəqiq proqnoz vermək çətindir. İstənilən halda Trampın ilk addımları eyni təsiri bağışlayacaq – Çinlə fikirayrılığında olduğu məsələlərlə bağlı aqressiv mövqe.

Hələ ki Tramp tariflərin qaldırılmasından və «vahid Çin» siyasətini dəstəkləməməsindən açıq şəkildə danışır. Bu o deməkdir ki, yaxın vaxtlarda tərəflər arasında gərginlik səviyyəsinin artması qaçılmazdır.

ABŞ-ı nə gözləyə bilər? 

 

Çindən gələn ucuz məhsullar çoxdandır ki, ABŞ bazarındakı qiymətlərə təzyiq göstərir. Bu təzyiq hətta qeyri-Çin mallarını da ucuzlaşdırır.

Aşağı gəlirli insanlar üçün bu cür vəziyyət göydəndüşmə sayılır. Və onların idxal malları ilə bağlı alıcılıq qabiliyyətini yüksəldir.

Əgər Çindən idxal bloklanarsa, ABŞ bazarında qiymətlər artmağa başlayacaq, istehlak dairəsi daralacaq və paralel olaraq iqtisadi inkişaf tempi də aşağı düşəcək.

Eyni zamanda sənaye sahəsində iş yerləri azalacaq.

«Onlar işçi qüvvəsinin Çindən də ucuz olduğu Vyetnam və Banqledeşə yerləşəcəklər», deyə «Telegraph» bu halda yarana biləcək vəziyyəti dəyərləndirib.

Onu da unutmaq olmaz ki, Çin ABŞ xəzinə istiqrazlarının dünyadakı ən nəhəng alıcılarından biridir. Və ABŞ-da istehlak və sərmayəni maliyyələşdirməkdə davam edir.

Çin hətta Trampın vəd etdiyi nəhəng nfrastruktur layihələrində də iştirak edə, bununla da ABŞ büdcəsinin yüklənməməsinə yardımçı ola bilər.

Ekspertlərin indiki mərhələdə qənaəti belədir ki, Tramp Çinə qarşı iqtisadi siyasəti çətin ki dəyişə. Daxili siyasətdə bəzi dəyişikliklər gözlənilir ki, bu da Çini narazı salmayacaq.

Strateq.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button