2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Trampın daha bir adamı “Rusiya istintaqında”

“The Guardian” yazır ki, Trampın seçki kampaniyasının daha bir müşaviri Rusiya ilə əlaqələrə dair ifadə verməsi üçün Konqresin kəşfiyyat komitəsinə dəvət edilib.
Məqalədə deyilir ki, “The Guardian” qəzetinin sərəncamında olan məlumatlar ifadə verməyə dəvət edilənin Maykl Kaputo olduğunu göstərir. Kaputo Trampın praymeri seçkiləri zamanı demək olar həmişə onunla olub. Bundan başqa Kaputodan onda olan bütün sənədləri könüllü şəkildə komitəyə təhvil verməsi istənib.
Bu barədə ilk məlumatları New York Times qəzeti yaymışdı.
FTB-nin keçmiş direktoru Robert Müllerə Tramp düşərgəsinin Rusiya ilə əlaqələrinin təhqiqatı tapşırılıb. Bu arada Washington Post xəbər vermişdi ki, Ağ Evin hazırkı əməkdaşlarından bir nəfər təhqiqat üçün “maraq” kəsb edir.
Məqalədə deyilir ki, bu hadisələr Trampın Səudiyyə Ərəbistanına səfəri ilə eyni vaxta təsadüf edir. Tramp bu səfərin əsnasında Səudiyyə Ərəbistanı ilə 110 milyard dollarlıq silah sazişi imzalayıb.
“The Guardian” yazır ki, səudlarla qılınc rəqsi oynayan Tramp “səfər zamanı “radikal İslam” sözünü işlətməkdən çəkinərək səyahətinin birinci gününü problemsiz keçirib. Lakin “The Guardian” kinayə ilə yazır ki, onun yeni səhvlər buraxmaq üçün daha 8 günü var. O Səudiyyədən sonra İsrail, Vatikan, Brüssel və Sicilyaya yollanır. Trampın bu səfər ərzində NATO müttəfiqləri və Roma papası ilə görüşləri nəzərdə tutulub.
Caputo-ya gəlincə isə onun Trampın ziddiyyətli siyasi müşaviri Roger Stone-la sıx əlaqələri var. Roger Stone 1990-cı illərdə Rusiyada işləyib.
Bundan əvvəl, mart ayında keçirilən Konqres dinləməsində millət vəkili Jackie Speier cənab Caputo-nun adını çəkib.
Keçmiş FTB direktoru Ceyms Komeynin də ifadə verdiyi həmin dinləmədə Speier qeyd etmişdi ki, Kaputo qısa bir müddət Gazprom şirkətinin ictimai əlaqələri üçün işləyib və 2-ci arvadı ilə 2007-ci ildə Ukraynada, orada keçirilən seçkilərdə məsləhətçi olduğu vaxtlarda tanış olub.
“The Guardian” yazır ki, Speirin qeydləri Kaputonun da komitəyə verdiyi ifadənin ictimailəşdirilməsini tələb edir.
Caputonun cənab Trampın kampaniyası üçün işi 2015-ci ilin noyabrından 2016-cı ilin iyununadək davam edib və o, kampaniyanın rəhbəri Korey Levandovskinin işdən kənarlaşdırılmasını tənqid etdikdən sonra istefa verib.
Maraqlıdır ki, Klintonun mətbuat katibi Brayn Fallon 2016-cı ilin 25 iyulunda Caputo-nun tvitlərindən birinə əsasən yazırdı: “Tramp iddia edir ki, Demokratik Partiyanın email-lərinə haker müdaxiləsinin arxasında ruslar dayanmır. Amma onun keçmiş müşaviri təsdiq edir ki, bu, belədir”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button