2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Trampın fərmanı neft qiymətlərini aşağı salacaq

ABŞ prezidenti Tramp neft hasilatı ilə bağlı Obamanın gətirdiyi bir sıra qadağaların aradan qaldırılması ilə bağlı fərman imzalayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Tramp cümə günü şelf zonasında qazma işlərinə yenidən baxılması ilə bağlı fərman imzalayıb. Bu, faktiki olaraq ABŞ-ın neft hasilatının yenidən artımı üçün impuls deməkdir.

Yeni fərman Atlantik, Sakit və Şimal Buzlu okeanlarında, eləcə də Meksika körfəzində Obamanın neft hasilatı ilə bağlı qoyduğu qadağalardan imtinaya yol aça bilər.

ABŞ-ın daxili işlər naziri Rayan Zinke bəyan edib ki, “xarici şirkətlərin girovu olmaqdansa, öz ölkəmizin ehtiyatları hesabına daha çox enerji resursu hasil etmək yaxşıdır”.

Tramp bundan əvvəl Obamanın dövründə təqdim edilən ətraf mühitin qorunması ilə bağlı tədbirlərin ləğvinə söz vermişdi. Onun sözlərinə görə, bu tədbirlər energetikanın inkişafına və ABŞ-ın milli təhlükəsizliyinə ziyan vurur.

Zinke deyib ki, bu fərman Obamanın şelf zonasında neft və qaz yataqlarının işlənməsi ilə bağlı son beş illik planına yenidən baxılmasını və onun əvəz olunmasını tələb edir.

Ekspertlər bu qadağaların aradan qaldırılacağı halda ABŞ-ın dünya neft bazarında tək diqtə edən tərəfə çevriləcəyinə, qiymətlərin yenidən azalacağına diqqət çəkir.

İlkin

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button