2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Trampın impiçmentini tələb edənlərin sayı milyonu keçib

“The İndependent” yazır ki, Ağ Evdə qalmaqalların davam etməsi fonunda ABŞ prezidenti Donald Trampın impiçment edilməsi üçün tərtib olunmuş ümumxalq petisiyasındakı imzaların sayı 1 milyonu aşıb.
Petisiyanın tərtibçisi Massachusetts ştatından vəkil Con Bonifazdır. Sənəddə bildirlir ki, prezident Donald Tramp ABŞ Konstitusiyasının xarici və daxili hədiyyələr maddəsini və başqa qanunları pozduğuna görə impiçment olunmalıdır.
Hədiyyələr Maddəsində (The Emoluments Clause) deyilir ki, prezident Konqresin xüsusi icazəsi olmadan heç bir kral, şahzadə və ya xarici dövlət başçısının hədiyyəsini qəbul edə bilməz.
Cənab Bonifaz “Xalq üçün Söz Azadlığı” fondunun həmtəsisçisidir.
O, MassLive portalına deyib ki, petisiyanı imzalayanların bu qədər çox olması adamların Konstitusiyanı müdafiə etmək istədiklərini nümayiş etdirir.
Bonifaz deyib ki, prezident barədə yayılan son xəbərlər adamları narahat etməyə bilməz.
Həftənin əvvəllərində Washington Post qəzeti yazıb ki, Donald Tramp İŞİD-lə bağlı son dərəcə həssas və tamamilə məxfi informasiyanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiya səfiri Sergey Kislyakla paylaşıb.
Bunun cavabında Tramp Tvitter hesabından yazıb ki, onun bir prezident kimi istədiyi məxfi informasiyanı açmaq hüququ var.
Bunun ardınca yayılan xəbərlərdə isə deyilirdi ki, Donald Tramp FTB-nin keçmiş direktoru James Comey-dən onun adamlarının Rusiya ilə əlaqələrinə dair təhqiqatın dayandırılmasını tələb edib. Comey onun bu tələbini yerinə yetirmədiyinə görə vəzifəsindən uzaqlaşdırılıb.
Comey-nin yazdığı memoda deyilir ki, söhbət ilk növbədə keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinn-in Moskva ilə bağlarına dair təhqiqatdan gedirmiş.
Cənab Flinn ötən fevral ayında Rusiya səfiri Sergey Kislyakla söhbətinin məzmunu barədə vise prezident Mike Pence yanlış məlumat verdiyi iddiaları ilə istefa verib.
Ağ Ev isə israr edir ki, sözü gedən memoda Trampla FTB başçısı arasında yer almış söhbət təhrif edilib.
Lakin indi Trampın impiçmentini təkcə adi seçicilər yox, həm də Konqres demokratları və hər iki partiyadan olan siyasətçilər tələb edirlər.
Hətta Trampın öz partiyadaşları olan respublikaçılar da impiçment variantını götür-qoy etməyə başlayıblar.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button