2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Trampın iqamətgahında axtarış aparılıb

Donald Tramp FTB-nin hərəkətlərini kəskin tənqid edib

Saytların yığılması Saytlarin yigilmasi

Bazar ertəsi – avqustun 8-də axşam ABŞ-ın keçmiş prezidenti Donald Trampın Floridadakı Mar-a-Laqo iqamətgahında axtarış aparılıb. Trampın özünün bildirdiyinə görə, Federal Təhqiqatlar Bürosunun (FTB-FBI) əməkdaşları onun şəxsi seyfini açıblar. Keçmiş prezident axtarış vaxtı Nyu Yorkda olub.

FTB hələlik, informasiyanı şərh etməyib. Ancaq ABŞ mediası mənbələrə istinadla yazırlar ki, qurum əməkdaşları keçmiş prezidentin Ağ evi tərk edərkən özüylə götürdüyü xidməti, o cümlədən gizli sənədləri axtarıblar. Qanunla bu sənədlər dövlət mülkiyyətidir. ABŞ-ın Milli Arxivi uzun müddət sənədləri geri tələb edib. Onların bir hissəsi qaytarılıb. Bir neçə ay öncə Milli Arxiv Baş Prokurorluğa müraciət edərək Trampı sənədləri verməkdən imtina etməkdə suçlayıb.

Potensial cinayət hərəkətləri

“New York Times” yazır ki, FTB axtarış orderi əldə etməkdən ötrü hakimi inandırmalı olub ki, potensial cinayət hərəkətlərini araşdırdığına inanmaq üçün əsasları var. Ekspertlərin fikrincə, keçmiş prezidentin əlində əsaslandırılmamış şəkildə gizli sənədlərin olması üzə çıxardısa, bunu cinayət hərəkəti kimi təsnif etmək olar.

Keçmiş prezidentlə bağlı təkcə sənədlərlə əlaqədar araşdırma aparılmır. Son vaxtlar yayılan məlumata görə, Baş Prokurorluq Trampın 2020-ci ildə prezident seçkisinin nəticələrinin təsdiqlənməsi prosedurana təsir göstərmək cəhdlərinin istintaqını genişləndirib. Tramp seçkidə məğlubiyyətini qəbul etmirdi.

Respublikaçıların xəbərdarlığı

Donald Tramp FTB-nin hərəkətlərini kəskin tənqid edib: “ABŞ-ın keçmiş prezidentləri ilə belə şey baş verməyib. Müvafiq dövlət xidmətləri ilə əməkdaşlığımıza baxmayaraq evimdə belə bir reydin keçirilməsi gərəksiz, yaxud yersiz idi”.

Nümayəndələr Palatasında respublikaçı azlığın başçısı Kevin Makkarti xəbərdarlıq edib ki, bu ilin noyabrında Konqresə seçkilərdə respublikaçılar çoxluğu qazanarsa, prokurorluğun keçmiş prezidentə münasibətdə hərəkətləri təhqiqat obyekti olacaq.

Tramp prezident postunda olanda Mar-a-Laqo iqamətgahında xeyli vaxt keçirib. İqamətgahın bir hissəsi qolf klubu kimi istifadə olunur.

24 saat” “
Trampın iqamətgahında axtarış aparılıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button