2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Trampın keçmiş məsləhətçisi Senatın tələb etdiyi sənədləri vermir

Sabiq milli təhlükəsizlik məsləhətçisi Michael Flynn Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi iddiaları üzrə Senat panelinin ondan tələb etdiyi sənədləri verməkdən imtina edib.

Xəbərlərə görə bazar ertəsi günü Michael Flynn özünün konstitusiya hüququndan istifadə edərək panelin tələbini rədd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Senatın Kəşfiyyat Komitəsi Trump seçki kampaniyası və Rusiya səfiri arasında əlaqələri araşdırır.

Fevral ayında Cənab Flynn-ın Rusiyanın ABŞ-dakı səfiri ilə ünsiyyəti barədə yalan dediyi bəlli olduqdan sonra, o, vəzifəsindən istefa verib.

Komitə iki həftə əvvəl məhkəmə çağırışı ilə cənab Flyyn-dən sənədlər tələb edib.

Bundan əvvəl Komitə ilə əməkdaşlıq etmək üçün Michael Flynn-in vəkili “ədalətsiz mühakimədən qorunmaq” üçün ona qanuni toxunulmazlığın verilməsini bir şərt olaraq tələb edib.

Həmçinin Cənab Flynn Pentagon-u tərk etdikdən dərhal sonra Türkiyə və Rusiya tərəfindən ödəniş aldğına görə Müdafiə Departamenti tərəfindən araşdırılır.

Əgər o Senat təhqiqatçılarının tələblərinə itaətsizlik etməyə davam edərsə, onlar cənab Flynn-i Congress-ə hörmətsizlikdə təqsirləndirə, həm də ona qarşı cinayət işi ilə nəticələnə biləcək göstəriş verə bilərlər.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button