2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaSiyasət

Trampın milli təhlükəsizlik müşavirinin başı dərddə

Trampın Milli Təhlükəsizlik müşaviri Michael Flynnın istefası tələb olunur.

Buna səbəb olaraq Trampın rəhbərliyi təhvil almadan onun Rusiyayla əlaqə qurması göstərilir.

Saytların yığılması Saytlarin yigilmasi

Prezident Donald Trumpın Milli Təhlükəsizlik müşaviri Michael Flynnin istefası tələbi gündəmə gəlib. Buna yeni rəhbərliyin vəzifəni təhvil almasından əvvəl bir rus rəsmisi ilə “sanksiyaları yüngülləşdirmək” mövzusunda görüş keçirməsi əsas göstərilir.

ABŞ-da yeni rəhbərliyin Rusiyayla münasibətlər üzündən başı dərddən qurtulmur. Prezident Donald Trumpın Milli Təhlükəsizlik müşaviri Michael Flynnın yeni rəhbərliyin vəzifəni təhvil almasından əvvəl bir rus rəsmisi ilə “sanksiyaları yüngülləşdirmək” mövzusunda görüş keçirməsi ortaya çıxdıqdan sonra o, ciddi təzyiqlərə məruz qalıb.

Bu məsələdə son olaraq yüksək səviyyəli bir Ağ Ev səlahiyyətlisinin Flynnı müdafiə etməkdən boyun qaçırması diqqət çəkib. Trumpın baş müşaviri Stephen Miller Flynnın istefa verməsi istiqamətindəki tələblər haqqında “sizə prezidentin ağılında nə olduğunu söyləyəcək adam mən deyiləm, bunu onun özündən soruşun” cavabını verib.

Flynnın Obama rəhbərliyinin hələ vəzifədə olduğu dekabr ayında Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyak ilə görüşdüyü bildirilir. İddiaya görə Flynn Obamanın seçkilərin Rusiya tərəfindən manipulyasiya edilməsi səbəbindən tətbiq olunan sanksiyaların qaldırılması məqsədilə görüşüb. “Washington Post”a bir sıra səlahiyyətli şəxsin də doğruladığı iddia Flynnın “sıravi vətəndaşların xarici siyasətə müdaxiləsini qadağan edən qanunları pozduğu” mənasına gəlir.

Flynn iddianı əvvəl rədd etsə də, sonra “əmin olmadığını” söyləyib. Rusiyaya dair gərginliklər Amerika ictimaiyyətində hələ həssas bir məsələ olaraq qalarkən, Trumpıın müşavirini vəzifədən çıxarıb-çıxarmayacağı maraq doğurur. Amerika mətbuatına görə, Trumpın Flynnın istefasını istəyib-istəməmək məsələsində fikri qarışmış vəziyyətdə.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button