Loading...
Loading...
Dünya

Trampın Nobel mükafatına namizədliyi irəli sürülüb

Tərəfdarları onun Şimali Koreyanın atom proqramına qarşı çalışdığını diqqətə çatdırıblar

 

ABŞ prezidenti Donald Trampın Nobel sülh mükafatına namizədliyi irəli sürülüb.

Azadlıq radiosunun məlumatına əsasən, təşəbbüs bir qrup respublikaçı konqresmendən gəlib.

Onların Nobel komitəsinə məktubunda deyilir ki, D.Tramp “Şimali Koreyaya təzyiq göstərmək, onu qanunsuz hərbi proqramını dayandırmağa məcbur etmək və regionda sülhə nail olmaq üçün yorulmadan çalışıb”.

Məktubu 18 respublikaçı imzalayıb. Onlar Trampın beynəlxalq ictimaiyyəti birləşdirdiyini, yeni sanksiyalarla Pxenyanı danışıqlara məcbur etdiyini vurğulayırlar.
Son günlər Donald Trampın Nobel mükafatına namizədliyinin verilməsi ideyası geniş müzakirə olunurdu. Ötən həftəsonu Miçiqanda görüş zamanı onun tərəfdarları “Nobel! Nobel!” deyə qışqırıblar.

Bəzi tənqidçilərsə konqresmenlərin məktubunu siyasi fənd sayır, bunu Konqresə aralıq seçkilərdən öncə elektoratın gözündə siyasi xal qazanmaq cəhdi adlandırırlar.

İndiyədək Birləşmiş Ştatların dörd prezidenti – Teodor Ruzvelt, Vudro Vilson, Jimmi Karter, Barak Obama – Nobel sülh mükafatına layiq görülüblər.

Gözdən qaçırmayın:  Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəisi hesabat verdi

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button