2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Trampın qərarı ABŞ-la islam dünyası arasında ciddi gərginliyə səbəb ola bilər”

Elman Nəsirov: “Bu qərar Amerikanın müttəfiqləri tərəfindən də birmənalı qarşılanmır”

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması bir çox müsəlman dövlətinin etirazına səbəb olub. Maraqlıdır, Trampın məlum bəyanatı bütövlükdə ABŞ-la islam dünyası arasında ciddi gərginliyə, əsaslı qarşıdurmaya səbəb ola bilərmi?
Moderator.az-a açıqlama verən millət vəkili, politoloq Elman Nəsirov bu cür gərginliklərin gözlənilən olduğunu vurğulayıb:
“D.Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması və ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüds şəhərinə köçürülməsi ilə bağlı qərarı təkcə müsəlman dünyasında deyil, ABŞ-ın öz müttəfiqləri tərəfindən də birmənalı qarşılanmayıb. Roma papasının bununla bağlı mövqeyi fərqlidir. Eyni zamanda, Böyük Britaniya da ABŞ-ın bu qərarını təqdir etmədiyini bildirib.
Müsəlman dünyasına gəlincə, Türkiyə bu məsələdə daha qətiyyətli mövqe nümayiş etdirir. Türkiyə prezidenti bu hadisədən sonra bəzi müsəlman ökəsinin rəhbərləri ilə telefon əlaqəsi saxlayıb.
Bu yaxınlarda Türkiyənin təşəbbüsü ilə İƏT-in fövqəladə toplantısınən keçirilməsi gözlənilir. Türkiyə və İran ABŞ-ın bu qərarını kəskin tənqid edir.
Trampın bu qərarı Amerika ilə sayı 1,5 milyard olan müsəlman dünyası arasında ciddi gərginliyin yaranmasına səbəb ola bilər. Bu gün dünyada 57 müsəlman dövləti var. Bu qərar 57 dövlət ilə münasibətləri gərginləşdirmək anlamını daşıyır.
Ən təhlükəli məqamlardan biri də odur ki, özünü islamla əlaqələndirməyə çalışan terrorçu qüvvələr bundan istifadə edərək bəzi addımlar ata bilər. Nəticədə, Qərb dünyası ilə islam dünyası arasındakı gərginlik arta bilər.
Düşünürəm ki, Trampın bu qərarı ABŞ-ın milli maraqlarına cavab vermir. Bu, Yaxın Şərqin Amerikaya olan münasibətini daha da gərginləşdirə bilər. Biz yaxın gələcəkdə yeni toqquşmaların şahidi ola bilərik”.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button