2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Trampın Qüds qərarı Kadırovu da hiddətləndirib

Trampın Qüdsü İsrailin paytaxtı olaraq qəbul etməsi Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu da hiddətləndirib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Çeçenistan lideri bu barədə fikirlərini özünün “VKontakte” sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

R.Kadırov qeyd edib ki, 3 dinin mərkəzi olan Qüdsü İsrailin paytaxtı kimi tanıyan ABŞ lideri Donald Tramp bu qərarı ilə bütün Fələstin müsəlmanlarının öz muxtariyyətlərinə olan sonuncu ümidlərini də əllərindən alıb: “Rusiyanın hərbi gücünün dəstəyi ilə Suriyanın İŞİD terror qruplaşmasından təmizləndiyi tarixi bir hadisədən, islam düşmənləri üzərində qələbədən sonra bu qərar xüsusilə bizi hiddətə gətirir. Bu bəyanat illərlə bu çətin və mübahisəli region üzərində siyasi-diplomatik əlaqələri nizama salmağa çalışanların kürəyindən vurulan zərbədir”.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, Tramp ABŞ-ı hədələyən təhlükəli müharibəyə İsrail dövlətini də cəlb etməyi düşünür: “Amerika prezidentinin bu siyasətini necə başa düşmək olar? Çox sadə. Bu addımı ilə Tramp son şübhələri də aradan qaldırdı. Artıq İraq və Suriyanı terror müharibələrinin meydanına çevirənin kim olduğu da bəlli oldu. O bütün bunları özünün “dünya nizamını” yaratmaq üçün edib. Bundan başqa, mən əminliklə deyə bilərəm ki, yumşaq ifadə ilə desək, ABŞ prezidenti Donal Trampın qeyri-adekvat qərarı İsrail dövlətini daha çıxılmaz və qanlı müharibənin içərisinə çəkir. Bundan sonra İsraili genişmiqyaslı müharibələr gözləyir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button