Now Reading:
Trampın təyyarəsinə 24 milyon dollarlıq soyuducu qoyulacaq

Bu arada “The Independent” xəbər verir ki, prezident Donald Trump-ın rəsmi təyyarəsi Air Force One təyyarəsinə yeni soyuducu yerləşdiriləcək. Soyuducunun təzələnməsi üçün büdcədən 24 milyon dollar vəsait ayrılıb.

Boeing şirkəti aldığı sifarişə əsasən təyyarədə iki nəhəng soyuducu yerləşdirəcək. Bu soyuducular prezidentin və onun müşavirlərinin əlavə ərzaq götürmədən həftələrlə səfər etməsi üçün imkan yaradacaq.

İndiyədək bu təyyarədə olan soyuducu vahidləri artıq yarım əsr idi ki, istifadədə idi.

Air Force One Amerikanın iki VC-25 təyyarəsinə verilmiş şərti addır. Lakin bu təyyarələrin tipləri Boeing 747-dir.

Soyuducuların dəyişdirilməsi 2019-cu ilin sonunda başa çatacaq.

Ağ Evin rəsmiləri CNN-ə bildiriblər ki, indiki soyuducular köhnə texnologiyalara əsaslanırdı və o qədər də etibarlı deyildi.

Prezident Barack Obamanın keçmiş baş müşavirlərindən Eric Schultz Twitter-də zarafat edib ki, “bizi təzə soyuducuya etdiyimiz belə israfçılığa görə impiçment edərdilər”.

Air Force One əslində adi nəqliyyat təyyarəsi yox, 371 kvadrat metr sahəsi olan üçgöyərtəli komanda mərkəzidir. Onun gövdəsi elektromaqnit hücumlara qarşı sərtləşdirilib və içərisində etibarlı rabitə mərkəzi və tibb məntəqəsi var.

İki prezident təyyarəsi uçuşda yanacaq götürə və eyni vaxtda 100-dək sərnişini yedirib-içirdə bilir.

Belə təyyarənin bir saatlıq uçuşu büdcəyə 200 min dollara başa gəlir.

Hazırda ABŞ hərbi-hava donanması iki yeni prezident təyyarəsi sifariş edib. Bunlar Boeing 747-8 modfikasiyalı olacaq.

Pentaqon bildirir kİ, yeni daha böyük təyyarələr indiki 747-200 tipindən daha uzaq məsafəyə, daha sürətlə uça biləcək və havaya bir uçuş ərzində 16 ton daha az karbon qazı buraxacaq.

2016-ci ilin dekabrında, prezident olan kimi, Trump təyyarələrin həddən-ziyadı baha olmasından narazılığını bildirmişdi. Lakin buna baxmayaraq təyyarələrin tikintisi davam edir və onlar 2024-cü ilıədək istifadəyə verilməlidir.

Amerikanın təyyarə ilə uçan ilk prezidenti Franklin D Roosevelt olub. O 1943-cü ildə Winston Churchill-ə görüşmək üçün Boeing Model 314 Clipper tipli təyyarə ilə Kasablankaya uçmuşdu.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.