2022-12-21 12:54:39
ABŞ Konqresinin Nümayəndələr Palatasının komitəsi ABŞ-ın keçmiş prezidenti Donald Trampın vergi bəyannamələrinin ictimaiyyətə açıqlanmasına səs verib. Səsvermə nəticəsində Trampın 6 illik vergi bəyannamələrinin 24 “hə” və 16 “xeyr” səsi ilə ictimaiyyətə açıqlanması qərara alınıb.
Komitənin üzvü, Pensilvaniya Demokratı Brendan Boyl səsvermədən sonra deyib: “Bu, Konqres üzvü kimi verəcəyim ən vacib səslərdən biridir və mən yüz faiz sizin arxanızdayam”.
Tramp ifadə verməyə çağırılıb
6 Yanvar Komitəsi oktyabrın 13-də təhqiqat çərçivəsində Trampın ifadə verib-verməməsi ilə bağlı səs verib və komitənin bütün üzvləri Trampın ifadə verməyə çağırılması təklifinə “hə” səs verib.
Komitə Trampın “hərəkətlərinə görə cavab verməli” olduğunu bildirib. Komitənin sədri Bennie Tompson deyib: “Üzvlərimizin və müstəntiqlərimizin uzunmüddətli fəaliyyəti sayəsində biz Donald Trampın ABŞ demokratiyasını alt-üst etmək üçün səy göstərdiyinə və bunun birbaşa olaraq 6 yanvar hadisəsinə gətirib çıxardığına heç bir şübhə qoymamışıq. Yanvarın 6-da baş verənlərin mərkəzində duran yeganə şəxs odur.Ona görə də ondan ifadə almaq istəyirik”.
Tərcümə“24 SAAT”