2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Trampın ziddiyyətli addımları Kapitolidə təlaş doğurub

Respublikaçı qanunvericilər həftələrdir qalmaqallarla qarşılaşmış Tramp administrasiyası ilə bağlı ya məhdud şərhlər verir, ya da ümumiyyətlə şərh verməkdən çəkinirdi. Lakin bu tendensiyanın çərşənbə axşamı günü mediada Federal Təhqiqatlar Bürosunun (FBI ) keçmiş direktoru Ceyms Kominin prezident Donald Trampın ona keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinnin Rusiya ilə əlaqələrinə dair təhqiqatı dayandırmaq üçün təzyiq göstərdiyi haqda xəbərlərdən sonra dəyişdiyi müşahidə edilir. Media məlumatlarına görə, FBI direktoru bununla bağlı yazılı qeydləri olub.

Respublikaçılar partiyasının veteran qanunvericilərindən biri olan nüfuzlu senator Con Makkeyn deyib ki, Trampın hərəkətləri 1974-ci ildə istefa vermis prezident Riçard Niksonun hərəkətlərinə bənzəyir.

Saytların yığılması Saytlarin yigilmasi
Senator Con Makkeyn

Senator Con Makkeyn

“Fikrimcə, biz Trampın ziddiyyətlərinin Uotergeyt həcmi və miqyasına çatdığını müşahidə edirik. Demək olar ki, hər bir gündən bir biz onun həqiqətən də xoşagəlməz vəziyyətdə olduğunu görürük”, Con Makkeyn bildirib.

Demokratlar isə Kominin vəzifəsindən azad edilməsinin bütün təfərrüatları, Trampın Rusiya rəsmiləri ilə əlaqələri, eləcə də prezidentin keçən həftə Rusiya rəsmilərilə bölüşdüyü məxfi məlumatlar və prezidentin yaxın ətrafındakı şəxslərin Rusiya ilə kontaktlarının araşdırılması kimi bir sıra tələblər irəli sürür.

Senator Çak Şumer

Senator Çak Şumer

Senatda demokrat azlığın lideri Çak Şumer Ağ Evi Trampın Komi ilə danışıqlarının stenoqrammasını açıqlamasını tələb edir.

“Prezident deyib ki, Kominin dediyi yanlışdır. Bunu sübut edin”, Çak Şumer bildirib.

Nümayəndələr Palatasının spikeri Pol Rayan

Nümayəndələr Palatasının spikeri Pol Rayan

Konqresin Nümayəndələr Palatasının heyətinin üzvləri FBI-dan Kominin bütün qeydlərini təqdim etməyi tələb edib. Nümayəndələr Palatasının spikeri Pol Rayan respublikaçıların ambisiyalı proqramının həyata keçirilməsi kimi bir vəzifə daşıyaraq, əsas zərbələri öz üstünə götürməli olur.

“Biz faktlar lazımdır. Bu aşkardır ki, burada bəzi adamlar prezidentə zərər vurmaq istəyir. İndi bütün müvafiq informasiyanın toplanması vaxtdırı. Bizim işimiz məsuliyyətli və ayıq olmaq və diqqəti faktların toplanılmasına yönəltməkdir”, Pol Rayan bildirib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button