ÖLKƏ

Transformator qurbanları: Azərbaycanda daha bir uşaq yanıb

Çərşənbə günü Zaqatalanın Çobankol kəndində 8 yaşlı Emin Əmrahov elektrik transformatorunun üzərinə çıxdığı üçün yüksək gərginlikli elektrik naqilinə toxunub. Nəticədə azyaşlının sol əli tamam yanıb. Bu məlumatı Zaqatala Mərkəzi Rayon Xəstəxanasından təsdiqləyiblər.

Məlumata görə, Emin Əmrahov yüksək gərginlikli elektrik transformatorunun üstünə oynamaq üçün çıxıb. Azyaşlı oğlan Azərbaycanda açıq transformatorların elektrik naqillərindən zərər görən çoxsaylı qurbanlardan biridir.

Daha bir oxşar hadisə ötən həftə Qusarın Bədirqala kəndində baş verib. İtkin düşərək 3 gün sonra kəndin transformator otağından tapılmış Əmrah Əmrahov aldığı xəsarətlər nəticəsində ölüb.

“Azərişıq” ASC sadalanan hallarla bağlı quruma qarşı hər hansı cinayət işinin açılıb-açılmadığı barədə suala cavab verməyib.

Baş Prokurorluqdan bizə deyiblər ki, bu hadisələrlə bağlı səhlənkarlıq maddəsi ilə cinayət işləri açılıb. Ancaq bu işlərin nəticəsində kimlərinsə cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı məlum deyil.

“Barmaqları tamamilə tökülüb”

Zaqatala Mərkəzi Rayon Xəstəxanansının həkimi Şaban Ramazanov “8 yaşlı Emin Əmrahovun oynamaq üçün üstünə çıxdığı “yüksəkgərginlikli transformatorun üstündəki elektrik xəttinin çiyninə düşməsi nəticəsində” yuxarı sol tərəfin ağır yanıq xəsarəti aldığını bildirib.

“Uşaq yuxarı ətrafın elektrotravması ilə daxil olmuşdu bizə. Sol əlinin barmaqları tamamilə tökülmuşdu. Digər əlinin isə içi yanıb. Biz ilkin yardımı göstərdik. Daha sonra onu Bakıya Kliniki Tibbi Mərkəzə göndərdik”, Şaban Ramazanov deyib.

2019-cu ilin oktyabr ayında Keşlə sakini 9 yaşlı Zəhra Əliyevanın transformatora düşərək yanması sol qolunun amputasiyası ilə nəticələnib.

Digər hadisə 2019-cu ilin avqustunda Maştağanın Ləhic bağları adlanan ərazisində baş verib: 8 yaşlı Yusif Ələkbərli məhəllədəki transformatora yaxınlaşarkən onu cərəyan vurub və uşağın həyatını xilas etmək mümkün olmayıb.

2019-cu ilin sentyabr ayında Tovuzun Bozalqanlı kənd sakini 11 yaşlı Kamil Əhmədovun bədəninin 50 faizi yanıb. Anası Mələk Əhmədova deyir ki, hadisə ilə bağlı cinayət işi açılsa da, ailə istintaqın gedişatından narazıdır.

Bozalqanlı kəndinin məktəb direktoru Nüsrət Quliyev deyib ki, bir neçə il öncə transformatorun şagirdlərə təhlükə yaratması barədə Azərişığa məktub göndərib, amma tədbir görülməyib.

“Azərişıq” ASC sadalanan hallarla bağlı quruma qarşı hər hansı cinayət işinin açılıb-açılmadığı barədə suala cavab verməyib.

Baş Prokurorluqdan bizə deyiblər ki, bu hadisələrlə bağlı səhlənkarlıq maddəsi ilə cinayət işləri açılıb. Ancaq bu işlərin nəticəsində kimlərinsə cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı məlum deyil.

8 yaşlı Emin Əmrahov Zaqataladan Bakıya Kliniki Tibbi Mərkəzə göndərilib.

BBC News Azərbaycanca

24saat.org

Mənbə – azadliq.info

Bənzər məqalələr

Back to top button