2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Transparency International Azərbaycanın landromat skandalından yazdı

Oktyabrın 10-da Tranparency International (Beynəlxalq Şəffaflıq) təşkilatının vebsaytında “Azərbaycan Landromatının Təsirləri” adlı məqalə dərc edilib. Məqalədə Avropa boyu skandalın ardınca görülən tədbirlər sadalanıb.

Sentyabrın 4-də OCCRP və tərəfdaşları Azərbaycanın $2,9 milyard dəyərində gizli pul köçürtmələri vasitəsilə Avropada necə nüfuz əldə etməyə çalışdığını əks etdirən yazı dərc edib. O zamandan bəri Tranparency International təşkilatı bu ittihamları araşdırıb və OCCRP ilə birlikdə bu qalmaqalda adı hallanan siyasətçilər, bizneslər və vasitəçiləri məsuliyyətə cəlb etmək üçün tədbirlərin görülməsinə çağırır.

Saytların yığılması Saytlarin yigilmasi
OCCRP-Beynəlxalq araşdırmaçı jurnalistlərdən ibarət Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi

OCCRP-Beynəlxalq araşdırmaçı jurnalistlərdən ibarət Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi

Avropa Şurası: Prezident istefa verib

Azərbaycan Landromatı məsələsi ortaya çıxanda Transparency International dərhal kampaniya başladaraq, insanları ölkələrinin Avropa Şurasının Parlament Assambleyasındakı (PACE) nümayəndələrinə yazmağa və “çirkli pul” alanlarala bağlı istintaq aparılmasına çağırıb. Kampaniyanın ilk həftəsi ərzində 800-ə yaxın məktub göndərilib. Transparency International həmçinin əlavə dəlil təqdim etmək eləcə də cəld və həlledici addımlar atmalarını tələb etmək üçün Strasburqa nümayəndə göndərib.

Oktyabrın 6-da PACE-nin prezidenti Pedro Aqramunt onun vəzifədən çıxarılması ilə bağlı müzakirələr başlamadan öncə istefa edib.

İndi isə biz PACE-i yeni güclü dürüstlük tədbirləri təqdim etməyə çağırırıq.

Son həftələrdə baş verənlər:

  • Belçikalı senator və PACE-in Azərbaycan üzrə nümayəndəsi Alen Destex fondunun Azərbaycandan pul aldığına dair iddialar səbəbilə sentyabrın 16-da PACE mandatından istefa verib. O, Azərbaycandakı insan haqları ilə bağlı hesabatını hökümətlə bağlı xoş sözlər və oradakı vətəndaş cəmiyyətini tənqid etməklə sonlandırıb.
  • Avropa Şurasının baş katibi Azərbaycanın Avropa Şurasındakı üzvlüyünün yenidən nəzərdən keçiriləcəyini bildirib.
  • PACE gündəminə landromat məsələsi ilə bağlı qətnamə və hesabat əlavə edib, bundan əlavə isə Azərbaycanda demokratik qurumların fəaliyyəti ilə bağlı başqa bir hesabatı dinləyəcək.

Avropanın digər yerlərində baş verənlər:

  • Brüsseldə Avropa Parlamenti Azərbaycan hökümətinin əməllərinin təhqiq edilməsinə çağıran “Üçüncü dünya ölkələrində korrupsiya və insan haqları” adlı qətnamə qəbul edib.
  • Bolqarıstanın baş prokuroru OCCRP-nin Bolqarıstanın Avropa Yenidənqurma və İnkişaf Bankındakı nümayəndəsi Kalin Mitrevin landromat sxemi vatisəsilə 468 min dollar əldə etdiyinə dair iddialarla bağlı istintaqın başladılmasına çağırıb. Bolqarıstanın maliyyə naziri Vladislav Qoranov hökümətin məsələ ilə maraqlanacağını bildirib.
  • Birləşmiş Krallıqda Transparency International parlamentdə landromat qalmaqalı və Azərbaycan hökümətinin Britaniyada reputasiya əldə etmək cəhdləri ilə bağlı suallar qaldırıb.
  • Transparency International-ın Almaniyadakı ofisi PACE üzvləri olan Almaniya parlament üzvləri ilə danışıqlara başlayıb və onlardan nümayəndələri Eduard Linter və Karin Strenzin landromatdakı rolları ilə bağlı tam və şəffaf istintaq başlatmalarını istəyib.
  • Cex Respublikasının başlatdığı təşəbbüsdə Transparency International bank sənayesini çirkli pulların yuyulmasına qarşı tədbirlərini gücləndirməyə çağırıb.

Avropa Şurasının anti-korrupsiya qurumu olan Korrupsiyaya Qarşı Ölkələr Qrupu (GRECO) hərtərəfli və tənqidi hesabatında PACE-in Avropa boyu insan haqları və yaxşı idarəetməni dəstəkləmək standartlarına müvafiqə hərəkət etmədiyini bildirib.

Oktyabrın 11-də PACE öz dürüstülk prosedurlarını müzakirə edəcək.

Biz onlardan dəyişikliklər tələb edəcəyik.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button