2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Trass Britaniyanın yeni baş naziridir

Conson hökumətində xarici işlər naziri olmuş Trass Tereza Mey və Marqaret Tetçerdən sonra ölkənin üçüncü baş naziridir

Saytların yığılması Saytlarin yigilmasi

Liz Trass Böyük Britaniyanın yeni baş naziri elan edilib. Onun sələfi Boris Conson bir neçə aylıq qalmaqaldan sonra rəsmən istefa vermişdi.

47 yaşlı Trass sentyabrın 5-də hakim Mühafizəkar Partiyasında seçkini udub. O, keçmiş maliyyə naziri Rişi Sunakı məğlub edib.

Conson hökumətində xarici işlər naziri olmuş Trass Tereza MeyMarqaret Tetçerdən sonra ölkənin üçüncü baş naziridir.

O, potensial uzunmüddətli resessiyaya girən, yaşam xərclərinin artdığı bir iqtisadiyyata başçılıq edəcək.

Trass iqtisadiyyata dövlət müdaxiləsini əvvəlki səviyyəyə qaytarmağı, vergiləri azaltmağı vəd edib. O həmçinin enerjiyə görə artan hesablarla “dərhal” məşğul olacağını deyib.

Kreml bu təyinatdan müsbət nəticəyə ümidi az olduğunu bəyan edib.

“Düşünmürəm ki, müsbət nəyəsə ümid edə bilərik”, – Kremlin sözçüsü Dmitri Peskov sentyabrın 5-də jurnalistlərə deyib.

Fransa isə Trassın iki ölkənin münasibətlərinə yeni təkan verəcəyinə ümidini bildirib.

“Bunun yeni başlanğıc olduğuna ümid edək”, – Xarici işlər naziri Katrin Kolonna sentyabrın 5-də RTL radioya deyib.

24 saat” “
Trass Britaniyanın yeni baş naziridir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button