2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

TRT AZTV-nin dəstəyi ilə Qarabağla bağlı sənədli film hazırlayır


TRT Qarabağla bağlı sənədli film hazırlayır.

Bu barədə TRT-nin İdarə Heyətinin sədri və baş direktoru İbrahim Eren “Yeni Azərbaycan” qəzetinə müsahibəsində məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

İ.Eren bildirib ki, gerçək həyat hekayələrindən bəhs edən sənədli film altı bölümdən ibarət olacaq. Filmin bu il ərzində “TRT Avaz” kanalında yayımlanması planlaşdırılır.

TRT-nin Baş direktoru “Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-nin sənədli filmin hazırlanmasına böyük dəstək verdiyini deyib: “Bu filmin hazırlanmasında Azərbaycanın milli televiziya kanallarından olan AzTV də önəmli dəstək göstərdi. Azərbaycanlı məsləkdaşlarımıza buna görə təşəkkür etmək istəyirəm”.

İbrahim Eren əlavə edib ki, TRT bundan sonra da Azərbaycanın tarixindəki önəmli günlər, tarixi hadisələr və şəxsiyyətlərdən bəhs edən müxtəlif proqramlar hazırlayaraq dünyaya çatdıracaq: “Biz Azərbaycan üçün nə qədər çox iş görsək də, daha çoxunu görmək istəyirik. Hər zaman dediyimiz kimi – “İki dövlət, tək millət”ik. Birlikdə atacağımız hər bir addım bizi sevindirir, qürurlandırır. Azərbaycan canımızdır, qanımızdır. Yeni layihələrimizlə həm Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda, həm də dəyərlərini tanıtdırmaqda davam edəcəyik”.

“Yeni Azərbaycan” qəzetinə müsahibəsində İbrahim Eren ortaq serialların çəkilməsi ilə bağlı da məlumat verib. Vurğulayıb ki, bununla bağlı AzTV və digər kanallarla  birgə əməkdaşlıq sahəsində daha konkret addımlar atılacaq.




24 saat

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button