Now Reading:
Trump deyir ki, silah lobbisindən “qorxmayın”

ABŞ prezidenti Donald Trump dünən – fevralın 26-da ştat qubernatorlarını ölkənin ən güclü silah lobbisindən qorxmamağa çağırıb. Ötən həftə Floridada məktəbdə 17 nəfərin öldürülməsindən sonra məktəblərdə təhlükəsizlik məsələsi ölkədə geniş müzakirə olunur.

Trump Milli Silah Assosiasiyasının (NRA) müəllimləri silahlandıraraq məktəbləri qorumaq təklifini dəstəkləyib. Amma prezident eyni zamanda potensial silah alıcıları barədə informasiyanın yoxlanmasına tərəfdar çıxıb. “Reuters” informasiya agentliyi siyasi baxımdan güclü NRA-nın bu təklifə dirəniş göstərdiyini yazır.

“TƏRƏFİMİZDƏDİRLƏR”

“NRA-dan narahat olmayın, onlar bizim tərəfimizdədir”, – Trump Ağ evdə 35-dən çox qubernatorla görüşündə deyib. Floridanın qubernatoru Rick Scott da görüşə qatılıb.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.