2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Trump-ın keçmiş müşaviri Senatın tələbinə tabe olmur

Ağ Evə özünün Rusiya hökuməti ilə əlaqələrinə dair yanlış məlumat verdiyinə görə istefaya getmiş milli təhlükəszilik müşaviri Michael Flynn, Rusiyanın 2016-cı il ABŞ seçkisinə mümkün müdaxiləsini araşdıran Senat komitəsinin tələb etdiyi sənədləri təqdim etməkdən boyun qaçırıb.

Flynn-in bu barədə mayın 22-də Senatın kəşfiyyat komitəsinə ünvanladığı məktub, Rusiyanın müdaxiləsi və FTB-nin Trump-ın yaxın adamlarına dair apardığı təhqiqat barədə yeni suallar doğurur.

Saytların yığılması Saytlarin yigilmasi

Senatın kəşfiyyat komitəsi Flynn-ə ona aid e-mail və başqa sənədləri təqdim etməsini tələb edən çağırış göndərmişdi.

Flynn-in vəkili komitəyə bildirib ki, onun müştərisi özünü ittihamın bir hissəsinə çevirməmək məqsədilə sənədləri təqdim etmək istəmir. Vətəndaşları onlara qarşı ittihama səbəb ola biləcək sənədləri könüllü şəkildə təqdim etməkdən azad edən bu müddəa ABŞ Konstitusiyasında təsbit edilib.

Lakin eyni zamanda bu hərəkət Konqresi aldatmaq ittihamı ilə nəticələnə bilər ki, bu da artıq cinayət tərkibi təşkil edir.

Senat komitəsindəki vəzifəli üzvlərin mayın 22-də verdikləri bəyanatda Flynn-in təhqiqatla əməkdaşlıqdan boyun qaçırmasından narahatlıq ifadə edilir.

Bəyanatda deyilir ki, Komitə Flynn-dən tələb olunan bütün müvafiq sənədlərin təqdim edilməsi üçün imkanlarından tam istifadə edəcək.

Bəyanatı komitənin sədri, respublikaçı Richard Burr və demokrat Mark Warner imzalayıblar.

Flynn hazırda özünün Rusiya və Türkiyə əlaqələrinə görə həmçinin federal hüquq-mühafizə orqanları və Müdafiə Nazirliyinin baş müfəttişliyi tərəfindən araşdırılır.

Bundan əlavə FTB Trump-ın yaxın adamlarının Rusiya rəsmiləri ilə əlaqələrini tədqiq edir.

FTB-nin direktoru James Comey Trump tərəfindən işdən qovulduqdan sonra Ədliyyə Nazirliyi Rusiya əlaqələri ilə bağlı araşdırmalara rəhbərlik etmək məqsədilə keçmiş FTB başçısı Robert Mueller-i xüsusi prokuror təyin edib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button