2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Trump-ın maliyyə sənədləri açıqlanacaq… Amma Konqresə yox


ABŞ Ali Məhkəməsi prezident Donald Trump-ın maliyyə sənədlərinin açqılanmasını mümkün edən “qarışıq” bir qərar qəbul edib.

Bu qərarın iki hökmünə görə prezidentin vergi və başqa sənədlərinə baxılması üçün Nyu York Böyük jürisinə icazə verilir, lakin eyni sənədlərlə Konqres üzvlərinin tanış olmasını müvəqqəti qadağan edən qərar da qüvvədə qalır.

İyulun 9-da Ali Məhkəmənin 9 hakiminin qəbul etdiyi qərar o deməkdir ki, repsublikaçı prezident Trump vergi sənədlərinin məxfiliyini demokratların çoxluğa malik olduqları Nümayəndələr Palatasından ən azı noyabr seçkisinədək qoruya biləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Trump Amerikanın müasir tarixində özünün vergi sənədlərini açıqlamaqdan imtina edən yeganə prezidentdir.

O iddia edir ki, prezident olduğu müddətdə hər hansı istintaqdan immunitetlidir.

Sözü gedən sənədlər potensial baxımdan mümkün cinayətləri və prezidentin çox qürrələndiyi sərvətinin əsl təbiətini faş edə bilər.

Bu sənədlərdə habelə onun hara, nə qədər xərclədiyi, xeyriyyəyə nə qədər pul verdiyi əks olunub.

 

Demokrat prokuror

Hər iki hökmün leyhinə 7, əleyhinə 2 hakim səs verib. Hökmün tərtibçisi mühafizəkar hakim John Robertsdir.

Hökmün Nyu Yorka aid hissəsi Trump-a uzun müddətdə xidmət etmiş Mazars LLP mühasibat firması sənədlərinin Trump-a aid böyük jüri araşdırmasının bir hissəsi kimi Manhattan sahə prokuroru Cyrus Vance-ə açıqlanmasını nəzərdə tutur. Cənab Vance demokratdır.

Eyni zamanda məhkəmə qərarı Trump-ın üç biznesinə aid maliyyə sənədləri ilə tanış olmaq istəyən üç Konqres komitəsinin vəsatətini rədd edib.

Söhbət Mazars LLP mühasibat firmasına və daha iki banka – Deutsche Bank və Capital One banklarına aid sənədlərdən gedir.

Beləliklə, Nümayəndələr Palatasının vəsatəti aşağı məhkəmə instansiyasına qaytarılmış olub.

 

Trump qəzəblənib

Böyük jüri araşdırması məxfi olduğuna görə Trump-ın maliyyə sənədləri təhqiqat dövründə ictimaiyyətə açıqlanmayacaq.

Məhkəmə qərarı Donald Trump-ın qəzəbli tvitlər yazmasına səbəb olub. O “siyasi mühakimənin” qurbanı olduğunu iddia edir.

Trump-ın vəkilləri iddia edirdilər ki, o vəzifədə olduğu müddətdə tam toxunulmazlığa malikdir.

Hakim Robertsin tərtib etdiyi hökmdə deyilir ki, “Konqresin prezidentdən informasiya tələb etməsi hakimiyyət qollarının ayrılığına dair prinsipin pozulacağından narahatlıq yaradır”.

Hökmlərin tamamilə əleyhinə səs vermiş iki hakim – Samuel Alito və Clarence Thomas deyiblər ki, onlara qalsa, gələcək prezidentlik üçün yarada biləcəyi çətinliklərə görə Konqresin tələbnamələrini tamamilə rədd edərdilər.

 

“Ədalət sistemi üçün qələbə”

Lakin hökmün Nyu York Böyük jürisinə aid hissəsində məhkəmə Trump-ın vəzifədə olduğu müddətdə toxunulmazlığa malik olduğuna dair iddiasını rədd edib.

Manhattan sahə prokuroru Cyrus Vance məhkəmənin hökmündən son dərəcə razı qaldığını bildirib:

“Bu, bizim ölkəmizin ədalət sistemi və onun təməl prinsiplərindən birinin nəhəng qələbəsidir ki, heç kim, hətta prezident də qanundan yüksəkdə dayana bilməz. Bu məhkəmə çəkişməsinə görə az qala bir il yubadılan təhqiqatımız bərpa olunacaq. Böyük jürinin yeganə öhdəliyi məsələni hara aparıb çıxaracağından asılı olmayaraq qanunun və faktlarların arxasınca getməkdir”.

Vance və Nümayəndələr Palatasının Büdcə Nəzarəti və İslahatlar Komitəsini Trump-ın maliyyə sənədlərində əsasən prezidentliyə namizədin 2016-cı il seçki kampaniyası zamanı qalmaqalın yatırılması üçün keçmiş vəkili Michael Cohen-ə ödədiyi deyilən pullar maraqlandırır.

İddia olunduğuna görə bu ödənişlər Trump-la nikahdankənar münasibətdə olduqlarını deyən iki qadına susmaları üçün edilib.

Demokratlar ümid edirlər ki, Trump-ın vergi və maliyyə sənədləri onun başqa qanunsuz biznes fəaliyyətlərinə də işıq sala bilər.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button