2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Trump-ın Putini sammitə çağırmaq təklifinə münasibət soyuqdur


ABŞ prezidenti Donald Trump deyib ki, Rusiya prezidenti Vladimir Putini G7 qrupunun genişləndirilmiş sammitinə dəvət etmək “sağlam düşüncədən” irəli gəlir.

İyunun 3-də Fox News radiosuna danışan Trump deyib ki, sənayeləşmiş ölkələr, Moskvanın beynəlxalq səhnədə oynadığı rola və onun Krımı Ukraynadan ilhaq etməsinə baxmayaraq, Rusiya ilə danışmalıdırlar.

Trump deyib ki, burda söhbət Putinin nəyi isə etməsindən yox, sağlam düşüncədən gedir:

Saytların yığılması Saytlarin yigilmasi

“Problem burasındadır ki, bizim haqqında danışdığımız bir çox məsələlər Putin barədədir. Buna görə də biz orada oturub vaxt itirir, görüş qurtarandan sonra isə kimsə Putinə zəng edib müxtəlif məsələləri müzakirə edir. Mən deyirəm ki, o da bu otaqda olsun”.

Mayın 30-da Trump demişdi ki, o koronavirusa görə G7 sammitinin vaxtını iyundan sentyabra keçirəcək və bu tədbirə həm də Avstraliya, Rusiya, Cənubi Koreya və Hindistanı dəvət etmək istəyir.

Bəzi şərhçilər bundan məqsədin Çini təkləmək olduğunu deyirlər.

Trump G7 qrupunun “köhnəldiyini” və hazırda dünyada baş verənləri tam əks etdirmədiyini bildirimişdi.

G7 qrupuna ABŞ, Kanada, Almaniya, Yaponiya, Fransa, Britaniya və İtaliya daxildir.

Rusiya əvvəllər G8 adlanan bu qrupdan 2014-cü ildə Ukraynaya təcavüzünə görə prezident Barack Obamanın təklifi ilə xaric edilib.

 

Ev sahibliyi öz yerində, amma…

G7-nin növbəti sammitinə ABŞ ev sahibliyi edəcək. Qrupun başqa üzvləri Trump-ın Putini sammitə dəvət etmək təklifinə soyuq münasibət bildiriblər.

Almaniya iyunun 3-də deyib ki, Trump builki sammitin ev sahibi olaraq istədiyi şəxsi dəvət edə bilər, amma sammitin formatını dəyişilməsinə bütün üzvlər razılıq verməlidir.

Almaniya hökumətinin sözçüsü Steffen Seibert deyib:

“G7-yə qonaqların dəvət edilməsi təcrübəsi var və bu, sədr ölkəyə aid bir məsələdir. Lakin kimsə G7-nin formatını dəyişmək istəyirsə, bu, yalnız bütün G7 üzvlərinin yekdil razılığı ilə baş verə bilər”.

Fransa da bildirib ki, Rusiyanın davranışı Moskvanın qrupa qaytarılmasına əsas verəcək şəkildə dəyişməyib.

İyunun 1-də Kanadanın baş naziri Justin Trudeau Putinin sammitə dəvət edilməsinə qarşı olduğunu bildirib:

“Rusiya G7 qrupundan bir neçə il bundan əvvəl Krıma müdaxilə etdiyinə görə, beynəlxalq qanun və normalara hörmətsizliyinə və sayqızılığına görə xaric edilib və bu səbəbdən də G7 qrupundan kənarda qalıb və qalmaqda davam edəcəkdir”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button