2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSiyasət

TRUMP-ın qələbəsi, yoxsa Klintonun məşlubiyyəti? (TƏHLİL)

Əksər Qərb və rus media orqanları ABŞ-da prezident seçkilərinin gözlənilməz nəticəsindən, respublikaçıların namizədi Donald Trump-ın qələbəsindənyazır.

«ZƏRBƏ DALĞASI»

«The Associated Press» agentliyinin «The New York Times» qəzetində dərc olunan məqaləsi bu sözlərlə başlayır və müəllif amerikalıların seçimini başqa cür təsvir edə bilmədiyini deyir.

Saytların yığılması Saytlarin yigilmasi
 Müəllif yazır ki, Donald Trump-ı seçməklə ABŞ xalqı cilovu kampaniyasını dövlətə etimadsızlıq əsasında quran, bütün siyasətçiləri işdən qovacağını deyən adama verdi. Xalqın arzuları kimi qəzəbini də yönləndirəcəyinə söz verən, dəyişiklik deyil, vurub-yıxmağı vəd edən şəxsi prezident seçdi.

Müəllifin fikrincə, Trump-ın prezidentliyinin sonuclarını ehtimal etmək çətindir. Çünki Clinton-a qarşı kampaniyası dövründə bu adamın siyasətindən çox şəxsiyyəti diqqəti çəkirdi. Dedikləri isə minlərlə adamın küçələrə, etiraz aksiyalarına çıxmasına səbəb olurdu.

KÜTLƏNİN ÜSYANI

Amma Trump ABŞ-ın Böyük Tənəzzüldən əziyyət çəkmiş kənd icmaları və ağdərili işçi qüvvəsinin rəğbətini qazana bilibmiş, çünki onun seçilməsi məhz bu zümrə arasında çoxdan uduzulan yarışda qazanılmış qələbə kimi qarşılandı.

Müəllif yazır ki, Trump bu kütlənin iş yerlərinin azalması və miqrantların axınıyla bağlı narahatlığını anladı, o da bu insanlar kimi liberal mətbuata nifrət etdi, heç bir siyasətçiyə bənzəmədi. Həqiqəti söyləməyə, qaydaları yenidən yazmağa və yoluna çıxanları hətta təhqir etməyə hazır görünən maqnatın seçilməsi özünü hər şeydən kənarda hiss edən kütlənin üsyanı oldu.

D.Trump

D.Trump

AP-nin yazdığına görə, Trump-ın qələbəsi sarsıtdı, çaşdırdı, eyni zamanda sanki Obama siyasətinə ittiham hökmü oxudu.

BİRCƏ TRUMP BİLİR

«Bizim həyatımızda belə bir şey olmayıb», prezidentlərin tarixiylə məşğul olan Douglas Brinkley Trump-ın qələbəsini Franklin Roosevelt-inkinə bənzədib. Roosevelt 1932-ci ildə Böyük Depressiyaya görə günahlandırılan Herbert Hoover-də qalib gəlmişdi.

Maraqlıdır ki, siyasətçilərin, iqtisadçıların, hərbçi və diplomatların çoxunun fikrincə, Trump-ın yeni idarəçilik barədə təkliflərinin gerçəkləşməsi ağlasığmazdır, mümkünsüzdü və konstitusiyaya ziddir. Məsələn, onun müsəlmanların ABŞ-a buraxılmamasıyla bağlı təklifi Vaşinqtondakı demokratları da, respublikaçıları da yerindən oynadıb. Onun Meksika hökumətini sərhədə divar çəkməyə məcbur edə biləcəyinə çox az adam inanır. İraq və Suriyada İŞİD-i (özünü «İslam Dövləti» adlandıran silahlı qruplaşma) bombalamağın da qəzəbli nitqdən artıq bir şey olub-olmamağını isə bircə Trump bilir.

Xalqın Trump-ın planlarına xeyir-dua verib-vermədiyini göstərən faktlar da qarışıqdır. Bir tərəfdən, seçicilər respublikaçıların çoxunun Senatda qalmasına razılıq veriblər. Digər tərəfdən, sorğular miqrantlar məsələsinin seçicilərdən ötrü bir o qədər əhəmiyyətli olmadığını göstərib. Sorğularda iştirak edənlərin yarısı Trump-ın Meksikaya divar çəkdirməyinin əleyhinə olduğunu söyləyib.

H.Clinton

H.Clinton

CLINTON-A ZƏRBƏNİ KİM VURDU?

Amma seçicilərin daha çox əleyhinə olduğu Clinton imiş. Müəllif yazır ki, 20 illik siyasi təcrübəsinə baxmayaraq, ağdərili işçi qüvvədən uzaqlığı, üstəlik, həm tərəfdarları, həm də rəqibləri arasında etimadının azalması Clinton-un məğlubiyyətinin əsas səbəbləridir.

Müəllifin fikrincə, Federal Təhqiqatlar Bürosunun (FBI) seçkiyə cəmi 11 gün qalmış Clinton-un gizli məlumatları şəxsi e-mail-indən paylaşması barədə açıqlaması demokratların kampaniyasına çox böyük zərbə oldu. Düzdür, FBI direktoru səsverməyə 2 gün qalmış işi bağladı, Clinton-u təmizə çıxardı. Ancaq artıq gec idi. Erkən seçkilərə qatılan 24 milyona yaxın adam seçimini artıq etmişdi. Bu isə prezidentlik üçün çox böyük rəqəmdir.

«Trump-ın qələbəsi bütün ənənəvi siyasi qaydaları məsxərəyə qoydu», – deyən müəllif bu namizədin seçicilərlə heç bir faktiki iş aparmadığını, televiziyalardakı reklamlarının rəqiblərininkinə çatmadığını, seçici proqramları və analizləri rədd etdiyini vurğulayır. Clinton-un seçki kampaniyasına 513 milyon dollar toplandığı halda, Trump-ın öz cibindən qoyduğu pullar da daxil olmaqla, cəmi 66 milyon dollar yığdığı da qeyd olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button