2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Trump İrana, İran da Trump-a xəbərdarlıq edir


Prezident Donald Trump xəbərdarlıq edərək bildirib ki, İran İraqda ABŞ və onun müttəfiqlərinin qoşunlarına və ya maraqlarına hücum edərsə, bunun “ağır bədəlini” ödəməli olacaq.

Trump bu barədə aprelin 1-də yazdığı tvitdə məlumat verib:

“Məndə olan məlumatlara və öz qənaətimə görə İran və ya onu təmsil edən qüvvələr İraqdakı ABŞ qoşunlarına və ya maraqlarına gizli hücum planlaşdırır. Əgər bu baş verərsə, İran, əlbəttə, bunun çox ağır bədəlini ödəyəcək”.

Saytların yığılması Saytlarin yigilmasi

 

Trump-ın bu plan barədə məlumatı Birləşmiş Ştatların kəşfiyyatından alıb-almadığı məlum olmayıb.

Ötən il ərzində Birləşmiş Ştatlar İranın dəstəklədiyi silahlı birləşmələri İraqda koalisiya qüvvələrinin yerləşdirildiyi bazalara, habelə xarici səfirliklərə hücumda ittiham edib.

Khamenei-nin baş hərbi müşaviri

Trump-ın bu tvitindən bir neçə saat əvvəl İranın ali rəhbəri ayətüllah Ali Khamenei-nin baş hərbi müşaviri general Yahya Rahim Safavi Birləşmiş Ştatlara “təxribatçı hərəkətlərə” əl atmamaq xəbərdarlığı vermişdi:

“ABŞ-ın hər hansı bir hərəkəti hazırkı prezidentin hakimiyyət tarixində daha böyük iflas kimi qalacaq”.

Martın 11-də İraqdakı bazalardan birinə raket hücumu nəticəsində iki ABŞ və bir Britaniya hərbçisi həlak olmuşdu.

Bu hadisə regiondakı gərginliyi bir xeyli artmışdı.

O vaxt bu hücuma görə məsuliyyəti öz üzərinə heç bir qüvvə götürməsə də, ABŞ İraqakı iranyönlü Kətaib Hizbullah qruplaşmasına ağır hava zərbələri endirmişdi.

 

Tehran Trump-a belə “qorxulu hərəkətlərə” yol verməməsi üçün xəbərdarlıq etmişdi.

Ötən dekabrda Vaşinqton bir amerikalının ölümünə səbəb olmuş raket zərbəsinə görə Kətaib Hizbullah qruplaşmasını ittiham etmiş və bunun ardınca prezident Donald Trump iranlı general Qassem Soleimaninin ölümü ilə nəticələnmiş dron zərbəsinin endirilməsini əmr etmişdi.

Bu hadisəyə cavab olaraq İran İraqdakı hərbi-hava bazalarından birinə çox sayda ballistik raket atmış, bunun nəticəsində 110-dək ABŞ hərbçisində beyin zədələnməsi qeydə alınmışdı.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button