2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Trump John Ratcliffe-i bir daha kəşfiyyat direktoru təyin edəcəyini deyir


ABŞ prezidenti Donald Trump deyib ki, o, Nümayəndələr Palatasının respublikaçı üzvü John Ratcliffe-i ikinci dəfə milli kəşfiyyat direktoru vəzifəsinə təyin edəcək. Milli kəşfiyyat direktoru (director of national intelligence) vəzifəsi etibarilə ölkənin 17-dək kəşfiyyat orqanına nəzarət edir. Trump fevralın 28-də yazdığı tvitdə qeyd edir ki, “John böyük istedada malik tanınmış insandır!”   Trump bundan əvvəl özünün qızğın tərəfdarı olan texaslı konqresmeni bu vəzifəyə təyin etmişdi, lakin hər iki partiayadan olan tənqidlərə görə bu təyinatını geri götürmüşdü. Millət vəkilləri onun bəzi keyfiyyətlərini, habelə kəşfiyyat təcrübəsinin olmamasını tənqid edirdilər. Əgər Senat tərəfindən təsdiq olunarsa, Ratcliffe bu vəzifədə Trump-ın başqa bir sədaqətli tərəfdarı Richard Grenell-i əvəzləyəcək. Richard Grenell hazırda milli kəşfiyyat direktorunun əvəzi vəzifəsini yerinə yetirməklə, həm də ABŞ-ın Almaniyadakı səfiri və Kosova və Serbiyada isə xüsusi nümayəndəsi kimi qalır. İki həftə bundan əvvəl Grenell-in təyinatı da demokratlar və bəzi respublikaçılar tərəfindən tənqid olunmuşdu. Millət vəkillərinin iradı onun da kəşfiyyat təcrübəsinə malik olmaması idi.   Grenell-dən əvvəl bu vəzifədə olmuş Joseph Maguire ötən avqustdan direktor əvəzi idi. Maguire bu vəzifəyə Donald Trump-ın qatı tənqidçisi olan Dan Coats-un istefasından sonra gəlmişdi. Coats Rusiyanın 2016-cı il ABŞ seçkisinə Trump-ın xeyrinə və Hillary Clinton-un ziyanına müdaxilə etdiyinə dair ABŞ kəşfiyyatının gəldiyi nəticəni dəstəkləyirdi. Milli kəşfiyyat direktoru vəzifəsi 2001-ci ilin sentyabr terror hücumlarından sonra yaradılıb. O ABŞ-ın 17-dək mülki və hərbi kəşfiyyat agentliyinə nəzarət edir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button