2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Trump metro partlayışı ilə əlaqədar Putinə zəng edib

ABŞ prezidenti Donald Trump Vladimir Putinə zəng edərək ona Sankt Peterburq şəhərinin metropolitenində törədilmiş bomba partlayışı ilə əlaqədar ABŞ-ın “tam dəstəyini” bildirib.

Aprelin 3-də Ağ Evin yaydığı bəyanatda deyilir ki, Trump “bu hücuma cavab verilməsində və məsuliyyət daşıyanların ədalət qarşısına gətirilməsində Birləşmiş Ştatlar hökumətinin tam dəstəyini” vəd edib.

Saytların yığılması Saytlarin yigilmasi

“Trump və prezident Putin razılaşıblar ki, terrorizm qətiyyətlə və tez bir zamanda məğlub edilməlidir” – deyilir bəyanatda. Beləliklə, Kreml sözçüsü Dmitri Peskovun bundan əvvəl verdiyi məlumatlar təsdiqini tapıb.

Peskov demişdi ki, Trump “partlayış qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verib”.

Bu partlayış üçün məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.

Rusiya hakimiyyət orqanları partlayışın terrorçu hücum olduğuna inanırlar.

Hazırda partlayışın təhqiqatı barədə Rusiyadan alınan məlumatlar əlaqəsiz və yayğındır.

Interfax xəbər verir ki, polis partlayışın 23 yaşlı intiharçı tərəfindən törədildiyini güman edir.

Agentliyin adını çəkmədiyi mənbədən aldığı məlumata görə həmin şəxs partladıcını bel çantasında daşıyırmış.

TASS agentliyinin verdiyi məlumata görə partlayışın radikal islamçı qruplarla bağlılığı olan Mərkəzi Asiyalı tərəfindən törədildiyi düşünülür.

Məlumatda bu da qeyd olunur ki, Mərkəzi Asiyadan olan bir qadın da bu aktın törədilməsi ilə əlaqəli ola bilər.

Bu məlumatlar hələlik rəsmən təsdiq olunmayıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button