2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Trump Putinə zəng edib


ABŞ prezidenti Donald Trump Rusiya prezidenti Vladimir Putinə zəng edib.

Kremlin yaydığı xəbərdə deyilir ki, Trump Putinə Böyük yeddilərin G7 qrupunun bu ilin sonlarında keçiriləcək genişləndirilmiş sammitində Rusiyanın da iştirakını təklif etdiyi barədə məlumat verib.

Trump ötən həftə demişdi ki, koronavirus pandemiyası ilə bağlı G7 qrupunun gələn ay keçirilməli olan görüşünü payızadək təxirə salıb.

Saytların yığılması Saytlarin yigilmasi

O habelə demişdi ki, geniş tərkibdə keçiriləcək sammitə Rusiya, Avstraliya, Cənubi Koreya və Hindistanın da dəvət olunmasını təklif edib.

Kreml iyunun 1-də verdiyi məlumatda qeyd edir ki, Trump Putinə dəvət ideyası barədə məlumat versə də, bu qərarının detallarını açıqlamayıb.

Putinin bu təklifə münasibəti barədə də məlumat verilmir.

Ağ Ev Trump-ın Putinə zəng etməsini təsdiqləyib və bildirib ki, tərəflər “G7-nin sammiti məsələsini” müzakirə ediblər.

 

Trump Putini səhnəyə qaytarmaq istəyir

Trump mayın 30-da müxbirlərə demişdi ki, ABŞ, Kanada, Britaniya, Yaponiya, İtaliya və Fransadan ibarət G7 qrupu “köhnəlib” və dünyada baş verənləri “tam əks etdirmir”.

Rusiya əvvəllər G8 adlanan qrupun üzvü idi, lakin sonralar Ukraynaya qarşı təcavüzünə görə qrupdan xaric edilib.

Trump deyib ki, o, Rusiyanın bu qrupda olmasını istərdi, çünki “müzakirə etdiymiz bir sıra məsələlər Rusiya ilə bağlıdır”.

Ağ Evin bəyanatında deyilir ki, Trump və Putin habelə habelə koronavirus epidemiyasına qarşı mübarizə və qlobal iqtisadiyyatın açılması məsələlərini müzakirə ediblər.

ABŞ prezidenti həmçinin “silahlara effektli nəzarət mexanizminə” tərəfdar olduğunu bildirib.

Putin ABŞ-ın Moskvaya göndərdiyi süni tənəffüs aparatlarına görə Trump-a təşəkkürünü bildirib və onu Elon Musk-ın tikdiyi raketlə iki NASA astronavtının kosmosa göndərilməsi münasibətilə təbrik edib.

Kremlin məlumatında deyilir ki, iki prezident kosmosda qarşılıqlı faydalı əməkdaşlıq perspektivləri barədə danışıblar.

Xəbər verilir ki, söhbət zamanı strateji sabitlik sahəsində dialoqun zəruriliyi qeyd olunub.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button