2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Trump Qətəri yenə də terrorda ittiham edir, Erdoğan onun müdafiəsinə qalxır

ABŞ prezidenti Donald Trump Qətərin üzərinə təzyiqləri artıraraq yenidən bu Fars körfəzi ölkəsini ekstermistləri maliyyələşdirməkdə ittiham edib. Lakin dövlət katibi Rex Tillerson gərginliyi azaltmağa cəhdlər göstərib.

İyunun 9-da Vaşinqtonda səfərdə olan Rumıniya prezidenti Klaus Iohannis ilə keçirdiyi birgə mətbuat konfransında Trump-ın verdiyi bəyanatlar ABŞ dövlət katibi Rex Tillerson-un açıqlamaları ilə tam ziddiyyət təşkil edirdi. Tillerson Qətəri qonşuların narahatlığına diqqətli olmağa çaığırırdı.

Saytların yığılması Saytlarin yigilmasi

Bu ziddiyyətli bəyanatlar Qətərin daxilindəki vəziyyətin pisləşdiyi vaxta təsadüf edir. Hazırda Qətər Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və bir sıra başqa dövlətlər tərfindən blokadaya alınıb.

Blokada nəticəsində Qətərə gedən bütün hava, quru və dəniz yolları bağlıdır. Qətər terrorizm barədə ittihamları rədd edir və xarici siyasətini dəyişməyəcəyini bildirir.

Vəziyyəti mürəkkəbləşdirən bir də odur ki, buradakı Əl-Übeyd hərbi-hava bazasında ABŞ Mərkəzi Komandanlığının 10 minlik əsgəri qüvvəsi mənzillənib. Bu bazadan Suriya, İraq və Əfqanıstandakı hərbi əməliyyatlar koordinasiya edilir.

Bir gündə dəyişən bəyanat

ABŞ diplomatlarının böhranı vasitəçiliklə çözməyə cəhd göstərdikləri bir vaxtda Trump blokadanın başlanmasından bir gün sonra Qətəri terrorçu qruplaşmaları maliyyələşdirməkdə ittiham edib.

İyunun 9-da Tillerson Misir və başqa Körfəz ölkələrinə müraciət edərək Qətərin blokadasını yumşaltmağa çağırıb. Tillerson deyib ki, blokada İslam Dövləti təşkilatına qarşı əməliyyatlara əngəl törədir.

ABŞ dövlət katibi fikir ixtilaflarını danışıqlar yolu ilə aradan qaldırmağa çağırıb.

Lakin Trump bundan bir gün əvvəl barışığa çağıran bəyanatını dəyişərək Qətəri ekstremistləri dəstəkləməkdə günahlandırıb.

Trump Ağ Evdə keçirilən mətbuat konfransında deyib ki, “Qətər dövləti çox təəssüf ki, tarixən terrorizmi ən yüksək səviyyədə dəstəkləyən ölkə olub”.

O bəyan edib ki, “biz Qətəri bu maliyyələşdirməni və özünün eklstremist ideologiyasını dayandırmağa çağırırıq”.

Trump daha sonra deyib: “Adamları başqalarını öldürməyi öyrətməyi dayandırın, onların beynini nifrət və dözümsüzlüklə doldurmağı dayandırın. Mən başqa ölkələrin adlarını çəkməyəcəyəm. Biz problemi həll etmirik, amma biz problemi həll edəcəyik. Başqa yol yoxdur”.

“Özünüzü müqəddəs yerlərin baxıcısı kimi aparın…”

Bu arada Türkiyə yaranmış böhranda tam şəkildə Qətərin yanında olduğunu bildirib.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Səudiyyənin başçılıq etdiyi blokadanın qaldırılmasına çağırırb. Bundan az əvvəl Erdoğan Qətərə əlavə əsgəri qüvvə göndərilməsinə sərəncam verib.

Türkiyə prezidenti deyib ki, Səudiyyə qardaşlığı düşmənçilikdən üstün tutmalıdır.

Erdoğan bildirib ki, Qətərin blokadası heç bir nəticə verməyəcək.

Erdoğan özünün hakim AK partiyasının üzvləri qarşısında etdiyi iftar çıxışında deyib ki, “biz qətərli qardaşlarımızı tək qoymacağıq”.

Erdoğan deyib: “Mənim Səudiyyə administrasiyasından bir ricam var. Siz Körfəzdə ən böyük və ən qüdrətli dövlətsiniz. Xüsusilə də siz düşmənçilik yox, qardaşlıq naminə çalışmalısınız”.

Türkiyə prezidenti Səudiyyəni “özünü müqəddəs məscidlərin baxıcısı kimi aparmağa” çağırıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Körfəz böhranının tərəflərini gərginliyi danışqılar yolu ilə aradan qaldırmağa çağırıb. Bu arada Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi Qətərin ərzaqla təchizatına hazır olduğunu bildirib.

Bundan əvvəl İran Qətərin müdafiəsinə qalxıb və özünün üç dəniz portunu Qətərin ixtiyarına verməyə hazır olduğunu bəyan edib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button