2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaGündəm

Trump-Rusiya təhqiqatı: Trump “ədalət sisteminə müdaxilə üzrə araşdırılır”

ABŞ Prezidenti Donald Trump xüsusi müşavir və keçmiş Federal Təhqiqat Bürosunun rəhbəri Robert Mueller tərəfindən “adalət sisteminə müdaxilə üzrə” araşdırılır, ABŞ mediası deyir.

ABŞ mətbuatında bildirilir ki, cənab Mueller yüksək rütbəli kəşfiyyat rəsmilərini dindirərək prezident Trump-ın işindən azad etdiyi keçmiş təhlükəsizlik məsləhətçisinə dair istintaqa son qoymağa cəhd edib-etmədiyini öyənməyə çalışacaq.

Cənab Trump-ın hüquqi komandası mediaya yeni sızıntınının “vicdansız” olduğunu deyib.

Robert Mueller Rusiyanın ABŞ prezident seçkilərinə müdaxiləsi və cənab Trump-la əlaqələrə dair təhqiqatın rəhbəridir.

Prezident Trump Rusiya ilə əməkdaşlıq etməsinə dair iddialrı dəfələrlə rədd edib və təhqiqatı “əcinnə ovu” adlandırıb.

Təhqiqat barədə yeni məlumat ilk olaraq Washing the Washington Post qəzetində, sonra isə the New York TimesWall St qəzetlərində dərc edilib.

Washington Post qəzeti cənab Mueller-in Donald Trump-ın hərəkətlərini araşdırması indiyədək Rusiyanın müdaxiləsinə diqqət yetirən təhqiqat üçün əhəmiyyətli bir yenilikdir.

ABŞ mətbuatına əsasən “ədalət sisteminə müdaxilə” araşdırması mayın 9-dan, prezident Donald Trump FTB direktoru James Comey-i işindən uzaqlaşdırmağa verdiyi qərardan sonra başlayıb.

Bundan əvvəl cənab Comey Rusiya ilə bağlı bir neçə təhqiqatı idarə edirdi. O, keçən həftə kongres önündə ifadə verərkən bildirib ki, prezidentTrump ona keçmiş təzhlükəsizlik məsləhətçisi Michael Flynn-ə dair təhqiqata son qoymasına təzyiq göstərib.

Cənab Flynn Rusiyanın ABŞ-a səfiri Sergey Kislyak-la əlaqələri barədə yalan dediyinə görə bu ilin fevral ayında vəzifəsindən uşaqlaşdırılıb.

Cənab Comey doğrunu deməyə and içdikdən sonra, şəxsi bir görüşdə Donald Trump-ın ona müraciət etdiyini deyib.

O, cənab Trump-ın “Mən ümid edirəm ki, sən bunlardan əl çəkməyə açıq yol tapa biləcəksən, Flynn-i sərbəst buraxmağa. O yaxşı oğlandır. Ümid edirəm ki, bundan əl çəkə biləcəksən”, dediyini bildirib.

Ağ Ev cənab Trump-ın nə cənab Comey nə də ki, başqa bir şəxsdən Michael Flynn-ə dair təhqiqata son qoymağı xahiş etməyib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button