2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Trump yeni Air Force One haqqında: “Sifarişi ləğv edin!”

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump bildirib ki, o, Amerika prezidentinin səyahət etməsi üçün nəzərdə tutulmuş yeni təyyarələr haqqında sərəncamı ləğv edərək hökumət xərclərini azaltmaq istəyir.

“Boeing gələcək prezidentlər üçün ən yeni 747 Air Force One markalı təyyarə hazırlayır, ancaq xərclər nəzarətdən çıxıb, $ 4 milyarddan çoxdur. Sifarişi ləğv edin!”, cənab Trump Twitter hesabında yazıb.

Yeni seçilmiş prezident çərşənbə axşamı Nyu-yorkda Trump Tower-də jurnalistlərə açıqlamasında xərclərin “gülünc” olduğunu deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Hökumətin Boeing şirkəti ilə iki və ya daha çox yeni təyyarələrin hazırlanması ilə bağlı müqaviləsi var.

Ağ Ev Cənab Trump tərəfindən göstərilən rəqəmlərə şübhə ilə yanaşıb.

Ağ Evin sözçüsü Josh Earnest bildirib ki, “sitat gətirilən statistika, belə deyək, Boeing və Müdafiə Departamenti arasındakı maliyyə razılaşmasının səciyyəsini əks etdirmir”.

Yeni təyyarələr 2024-cü ildə xidmətə başlayacaq.

Boeing-in səhmləri seçilmiş prezidentin tvitlərindən sonra 1 faizdən çox aşağı düşüb, amma günorta hərraclarında şirkət itkinin əksəriyyətini bərpa edib.

Cənab Trump 2020-ci ildə ikinci müddətə prezident seçilməyənədək yeni təyyarə ilə uçmayacaq.

Cənab Trump indi öz təyyarəsindən istifadə edir, lakin prezident kimi o, xüsusi təhlükəsizlik, müdafiə və rabitə avadanlığı ilə təchiz olunmuş Air Force One markalı təyyarədə səyahət etməlidir.

Nəzarət İdarəsinin hesablamalarına görə, layihənin ümumi dəyəri $ 3.2 milyarddır və bu rəqəmin artacağı gözlənilir.

ABŞ Hərbi Hava Qüvvələri bildirib ki, bu layihə üçün $ 2.7 milyard planlaşdırılıb, “lakin bu rəqəmin dəyişiləcəyi gözlənilir”.

Boeing şirkətinin sözçüsü Todd Blecher bəyanatında bildirib ki: “Biz Birləşmiş Ştatların prezidentinin nadir tələblərinə uyğunlaşdırılan bu kompleks hərbi təyyarələrin imkanlarını müəyyənləşdirmək üçün hazırda $ 170 milyon məbləğində müqavilə imzalamışıq”.

Yeni seçilmiş prezident, həmçinin, çərşənbə axşamı bəyan edib ki, Yaponiya Softbank-ı ilə 50 min yeni iş yerinin yaradılması istiqamətində ABŞ-da 50 milyard dollar investisiya qoymaq barədə razılığa gəlinib.

Donald Trump bu barədə Softbank-ın baş direktoru Masayoshi Son ilə Trump Tower-də baş tutan görüşündən sonra açıqlama verib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button