2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Trumpın kürəkəni ilə bağlı yeni iddia

ABŞ prezidenti Donald Trump-ın kürəkəni Trump-ın komandasıyla Kreml arasında gizli kommunikasiya kanalı yaratmağı təklif edibmiş. Medianın mayın 26-da yazdığına görə, Jared Kushner bu təklifi ötən ilki prezident seçkisindən sonra Rusiya səfiri Sergei Kislyak-la görüşündə edib.

Səfirin Moskvadakı boslarına söyləyib ki, Kushner dekabrın 1-2-də Nyu Yorkdakı Trump Tower-də görüşdə belə bir təklif irəli sürüb.

Saytların yığılması Saytlarin yigilmasi

“Washington Post” qəzetinin yazdığına görə, Trump-ın qızı Ivanka-nın əri, hazırda Ağ evdə müşavir kimi çalışan Kushner təklif edib ki, kommunikasiyalarda Birləşmiş Ştatlardakı Rusiya diplomatik vasitələrindən istifadə olunsun.

Həmin görüşə sonradan Trump-ın birinci milli təhlükəsizlik müşavir olmuş Michael Flynn-in də qatıldığı bildirilir.

“Reuters”in yazdığına görə, Kushner, Kislyak və Flynn Trump-la Rusiya prezidenti Vladimir Putin arasında qeyri-rəsmi kommunikasiya kanalı yaradılmasını müzakirə ediblər.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button