2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Tualet üçün bu məktəblər “soyulubmuş” – Beyləqanda

Beyləqanda 90 minlik tualet tikintisi haqda yeni xəbərlər gəlməkdədir.

24saat.org-u bilgiləndirən mənbənin sözlərinə görə, icra hakimiyyətinin göstərişi əsasında iki məktəbdən pul yığıldığı məlum olub.

tualet2Belə ki. rayonda fəaliyyət göstərən 4 saylı orta məktəbdə şagirdlərdən 10 manatdan pul yığıblar. Qeyd edək ki, 4 saylı orta məktəbdə tikilmiş tualet Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə tikilib. Bu da o deməkdir ki, tualetin tikilməsi üçün nə məktəb, nə də ki, təhsil şöbəsi tərəfindən vəsait xərclənib.
Belə olan halda 4 saylı məktəbin direktoru Azad müəllimin şagirdlərdən 10 manatdan pul yığdırması heç başa düşülən deyil. Görünür, direktor fürsətdən istifadə edib pul yığdırmaq eşqinə düşüb.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, Beyləqanda məktəbdə tualet tikmək adı altında pul yığmaq ilk hadisə deyil. Bundan bir qədər əvvəl 1 saylı orta məktəbdə də analoji hadisə yaşanmışdı. Lakin 1 saylı məktəbin direktoru Azad müəllimdən daha insaflı hərəkət edib. Belə ki, o, şagirdlərdən 2 manatdan pul yığmışdı. Qarşı tərəfi dinləməyə hazırıq.

24saat.org

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button