2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Tükiyədə zəlzələdə 76 nəfər həlak olub

Türkiyə zəlzələdə 76 nəfərin öldüyünü, 440 nəfərin xəsarəti aldığını açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

+++

Bu gün – fevralın 6-da Türkiyənin cənubunda 7.9 bal gücündə zəlzələ olub. “Reuters” agentliyi azı 50 nəfərin həlak olduğunu xəbər verir.

Zəlzələ Kiprdə, Livanda, Suriyada hiss olunub. Türkiyədə onlarla binanın dağıldığı, qarlı küçələrdə dağıntılar altında axtarış-xilasetmə işləri aparıldığı bildirilir.

Kahramanmaraş şəhəri ətrafına xilasetmə komandaları və təchizat təyyarələri göndərilib. “Dördüncü həyəcan səviyyəsi” elan edilib, yəni, beynəlxalq yardım istənilir.

İlkin məlumatlara görə, Türkiyənin Malatya vilayətində azı 23, Şanlıurfada 17, Diyarbəkirdə 6, Osmaniyyədə 5 nəfər ölüb.

Türkiyənin cənub qonşusu Suriyada isə dövlət mediası 42 nəfərin öldüyünü bildirir.

Türkiyənin Qaziantep şəhərinin sakini Erdem azı üç güclü silkələnmə olduğunu deyib. “Beşikdəki uşaq kimi yırğalandıq… 40 illik həyatımda belə bir şey hiss etməmişəm”, – o, sözlərinə əlavə edib.

Bir dəqiqəyədək çəkən titrəyişlər nəticəsində Diyarbəkirdə azı 17 bina dağılıb.

ABŞ Geoloji Xidməti ilkin zəlzələdən sonra bir neçə titrəyişi qeydı alıb. Xidmət zəlzələnin gücünün 7.8 bal olduğunu bildirir.

Suriya dövlət mediasının xəbərinə görə, Hələb vilayətində xeyli sayda, Hamada isə bir neçə bina dağılıb.

24 saat” “
Tükiyədə zəlzələdə 76 nəfər həlak olub
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button