2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Tülkiyə işgəncə verənlər polisə müqavimətə görə həbs olundular

Yayımlandı: 26 İyul 2022 21:28

İkinci başlıq – Gənclər 30 sutka cəza aldılar

Tülkünü bel ilə vuraraq, ona əzab verən və bunun görüntülərini sosial şəbəkələrdə yayan iki nəfər haqqında həbs qərarı verilib. Daxili İşlər Nazirliyinin iyulun 25-də yaydığı məlumatda onların haqqında İnzibati Xətalar Məcəlləsinin 274-cü (heyvanlara qarşı rəhmsiz rəftar edilməsi) maddəsilə protokol tərtib olunduğu və hər ikisinə ciddi xəbərdarlıq edildiyi bildirilirdi. Bir gün sonra – iyulun 26-da isə məlum olub ki, onlar həbs olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Tülküyə işgəncə verməyə görə cəzalandırılanlar Sabirabad rayon sakini, 20 yaşlı Cəsarət Bayramov və Neftçala rayon sakini, 18 yaşlı Kənan Dünyamalıyevdir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, adları çəkilən gənclər saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıblar. Bu səbəbdən onların barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xərda xuliqanlıq) və 535-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddələrilə inzibati xəta protokolu tərtib olunub. Onlar məhkəmə qarşısına çıxarılıb. Məhkəmənin qərarıyla hər ikisinə 30 sutka inzibati həbs cəzası kəsilib.

Nazirliyin bir gün əvvəlki məlumatında deyilirdi ki, saxlanılan şəxslər hadisəni etiraf ediblər, peşman olduqlarını bildiriblər. Onlar deyib ki, həmin heyvan qarpız sahələrinə ciddi ziyan vurduğuna görə onu bu cür cəzalandırmaq qərarına gəliblər.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button