2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Tunisdə gərginlik

Ölkədə siyasi böhranın artmasını əsas götürən Tunis prezidenti baş naziri istefaya göndərib və parlamentin fəaliyyətini dondurub. Onun rəqibləri yaranmış vəziyyəti dövlət çevrilişi adlandırıb. 

Prezident Kays Sayed iyulun 25-də dövlət televiziyasındakı çıxışında yeni təyin edəcəyi baş nazirlə birgə yaranmış vəziyyətlə bağlı məsuliyyəti öz üzərinə götürdüyünü bəyan edib.

Ölkə başçısı belə bir addımı ölkədə baş verən etiraz aksiyalarından və hakimiyyətin istefası, parlamentin buraxılması tələblərindən sonra verib.

Saytların yığılması Saytlarin yigilmasi

Sayed  çıxışında deyib ki, onun belə bir adım atması Tunisi “xilas” etməyə yönəlib.  Bundan sonra adamlar ölkə prezidentini müdafiə etmək üçün küçələrə çıxıblar.

Parlamentin spikeri Rəşid Qannuçi isə Tunis prezidentinin hərəkətlərini tənqid edib, baş verənləri dövlət çevrilişi adlandırıb.  O, həmçinin İslam partiyası olan Ennahda tərəfdarlarını etiraz etməyə çağırıb.

Ennahda 2011-ci ildən bəri ən uğurlu partiya sayılır, lakin 25 iyulda keçirilmiş aksiyada  etirazçılar öz qəzəblərini bu partiyaya bildirməyə başlayıblar.

Polis partiyanın qərargahına basqın etməyə çalışan kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. 

24 saat” “Tunisdə gərginlik” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button